XQüvvətli turşular — yüksək pH-a malik turşular. Əksər qüvvətli turşular flüorsulfun turşusu ilə FSO3H kükürd-trioksid və ya lyuis turşularının qarışığı olur (əsasən Stibium-pentaflüorid). flüorsulfun turşusu ilə stibium-pentaflüoridin qarışığı sehrli turşu adlanır. Həmçinin xlorid turşusunun xlorlaşmış karbohidrogenlərdə məhlulu da qüvvətli turşulardır.

Qüvvətli turşulardan biri də, triflüormetansulfat turşusudur (texniki adı trimsilatdır) CF3SO3H. Trimsilat oksidləşdirici xüsusiyyətə malik deyil və hidroliz etmir. Onun bəzi xassələri bunlardır: qaynama temperaturu:162 °C sıxlığı: 1,696 q/sm3 disosasiya sabiti:1,26 x 10−5

Əsas kimyəvi xüsusiyyləri

Güclü turşular suda öz ionlarına tamamilə, zəif turşular ilə yalnız qismən parçalanırhttps://www.thoughtco.com - List of Strong and Weak Acids. İstifadə tarixi: 12 yanvar 2026..

Nümunələr

HCl - Hidrogen xlorid (xlorid turşusu) HNO₃ - Hidrogen nitrat (azot turşusu) H₂SO₄ - Dihidrogen sulfat (kükürd turşusu) HBr - Hidrogen bromid (bromid turşusu) HI - Hidrogen yodud (yodid turşusu) HClO₄ - Hidrogen perxlorat (perxlor turşusu) - 50%-dən çox, 72%-dən çox olmayan turşu tərkibli xlor turşusu şəffaf, rəngsiz, qoxusuzduq və metallar, eləcə də toxumalara üzərində aşındırıcı təsirə malikdir. Qapalı qapda uzun müddət istiliyə məruz qaldıqda şiddətlə partlaya bilərhttps://pubchem.ncbi.nlm.nih.gov - Perchloric Acid. İstifadə tarixi: 27 yanvar 2026.. HClO₃ - Hidrogen xlorat (xlor turşusu) -Təxminən 30%-ə qədər konsentrasiyaya qədər soyuq sulu məhlulda sabitdir və daha yüksək konsentrasiyalarda və ya qızdırıldıqda müxtəlif məhlullar əmələ gətirmək üçün parçalana bilirhttps://www.sciencedirect.com - Chloric Acid.İstifadə tarixi: 17 yanvar 2026 . Canlı toxumalar, metallar (aşındırıcı, korrozsiyaedici xüsusiyyəti var) və üzvi materiallar üzərində ciddi zədələyici təsir göstərir. Belə ki, dəri ilə təmas etdikdə dəridə kimyəvi yanığa, gözə düşdükdə isə görmə itkisinə səbəb ola bilər.

İstinadlar

Mənbə Arnold Gordon, Richard Ford., The Chemist’s Companion Kateqoriya:Turşular