Penon-de-Veles-de-la-Qomera () — Keçmişdə ada olmuş kiçik bir yarımada. Yarımada Mərakeşin Afrika sahillərində yerləşməsinə baxmayaraq İspaniyaın suveren ərazisidir. Yarımadanı Mərakeş öz ərazisi hesab edir. Melilyadan 126 km qərbdə, Seutadan isə 117 km cənub-şərqdə yerləşir. Penon-de-Veles-de-la-Qomerada İspaniyanın 60 hərbiçisi yaşayır, burada mülki əhali yoxdurPenon de Vélez de la Gomera Europa-Haus Leipzig.

Coğrafiya thumb| Penonun qumlu dillə birlilkdə eni 400 metr, eni isə 100 metr təşkil edir. Sahəsi 0,019 km²-dir. Yarımada hündürlük 87 metrdir. Burada qala kompleksi vardır. Qala komplksinə daxildir: Qədim müdafiə qurğularının qalıqları, Mayak, Bir necə ev, Helikopter meydaçası Yarımadada içməli su yoxdurRézette, Robert. The Spanish Enclaves in Morocco. 1976. Nouvelles Editions Latines. стр. 67.

Tarix 250px|thumb|Penon-de-Veles-de-la-Qomera (692-ci qravürası)

Qaya üzərində ilk dəfə 1162-ci ildə Abd əl-Mumin tərəfindən inşa etdirilmişdir. 23 iyul 1508-ci ildə II Ferdinand tərəfindən göndərilmiş Pedro Navarro adanı və qalanı ələ keçirir. Burada olan olan keçmiş fəniz quldurlarına məxsus bazanı darmadağın edilir. Pedro Navarro adanın ilk rəyisi olur. İşğal İspaniya II Ferdinant ilə Portuqaliya kralı I Manuel arasında münadibətləri korlayır. Ancaq 1509-cu ildə imzalanmış Çintran anlaşması ilə İspaniyanın adaya sahiblənməsi təstiqlənir. 20 dekabr 1522-ci ildə bərbərlər sərkərdəsi hiylə ilə adanı ələ keçirir. Adada yerləşən ispan qarnizonu və komandiri məhv edilir. 1564-ci ildə II Filippin əmri ilə 13 minlik ordu adanı yenidən İspaniyaya qaytarır. Qarsiya Alvares mərakeşlilərlə Osmanlı imperiyasının mümkün hücumuna qarşı anlaşma imzalayırlarRézette, Robert. The Spanish Enclaves in Morocco. 1976. Nouvelles Editions Latines. стр. 63. 1680, 1701, 1755, 1781 və 1790-ci illərdə qəsr uğurlu şəkildə bərbər hücumlarına dözür.

ХХ əsr və müasir dönəm Rif müharibəsinin gedişində 1922-ci ilin martında bərbərlər taxta körpünün köməyi ilə adaya daxil olurlar. İlkin olaraq qala növbətçisi öldürülür. Nəhayətdə qala bərbərlərin əlinə keçir. İspanlar mülki əhalini və qarnizonu «B-1» və «Isaac Peral» gəmilərində evakuasiya etmişlər. Bir müddət sonra ispan legionu adanı ələ keçirirlərRézette, Robert. The Spanish Enclaves in Morocco. 1976. Nouvelles Editions Latines. стр. 55.

1934-ci ildə güclü fırtına adanı qumlu tombolo materiklə birləşdirirSpanish autonomous communities World Statesmen.org. Hazırda Penon-de-Veles-de-la-Qomera İspaniya hökumətinə tabedirCentral Intelligence Agency: CIA World Factbook 2010, s. 630. Skyhorse Publishing Inc, 2009. ISBN 1602397279.

İstinadlar

Mənbə Descripción del Peñón de Vélez de la Gomera en la Comandancia General de Melilla Islas y Peñones en el Norte de África, en la web de Ingenieros Militares de España.

Kateqoriya:İspaniya yarımadaları Kateqoriya:Tombolo (relyef) Kateqoriya:Keçmiş adalar Kateqoriya:Afrika yarımadaları Kateqoriya:Anklavlar Kateqoriya:Eksklavlar Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Aralıq dənizi adaları Kateqoriya:Afrikada mübahisəli ərazilər