– Cunya İnoe tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ildə "Weekly Comic Bunch" jurnalında nəşr olunmağa başlamışdır. Hazırda isə "Monthly Comic Bunch" jurnalında nəşr olunur. 2017-ci ilin mayına qədər 23 cildi nəşr olunmuşdur. Manqa seriyası Ryota Sakamoto adlı gənc, tənha, "Btooom!" adlı video oyunun mahir oyunçularından birinin başına gələn macəralardan bəhs edir. Bir gün Ryota istəmədən "Btooom!" oyununun real versiyasını oynamağa məcbur edilir və uzaq tropik adada Himiko adlı gənc qızla sağ qalma mübarizəsinə başlayır. Onlar öz dünyalarına qayıtmaq üçün yol tapmalıdırlar.
Manqa seriyasının ilk 50 fəsli əsasında Madhouse studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Anime 2012-ci ilin 4 oktyabrından 20 dekabrına qədər yayımlanmışdır. Manqa seriyası Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Məzmun Ryota Sakamoto 22 yaşlı işsiz yapon gəncdir və Yukie adlı anası ilə yaşayır. O, "Btooom!" döyüş oyununun top oyunçularından biridir. Bir gün Ryota özünü uzaq tropik adada oyanır, bura kim tərəfindən gətirildiyini və necə düşdüyünü xatırlamır. Nə baş verdiyini öyrənməyə çalışan Ryota ətrafda gəzir və bir nəfəri görüb kömək istəyir, lakin yad adam ona bombalar atır. Ryota tezliklə başa düşür ki, həyatı təhlükədədir və sevimli oyununun real versiyasını oynamalıdır. Oyunda Ryota digər "Btooom!" oyunçusu Himiko ilə qarşılaşır. İkisi güclərini birləşdirib adada sağ qalmağa çalışırlar.
Personajlar
Əsas
Ryota "Btooom!" oyununun 4 ulduzlu elit oyunçusundan biridir. Oyuna anası tərəfindən namizəd göstərilib.
/
Himiko lisey tələbəsi və "Btooom!" oyunçusudur. Ryotanın oyundakı həyat yoldaşıdır. İlk qarşılaşdıqlarında bir-birilərini tanımırlar.
Rəqiblər
Kosuke Kira "Btooom!" oyunçularından biridir. Oyunun 3 ulduzlu oyunçusu olmağa and içib.
Masashi "Btooom!" oyunçusu və müharibə veteranıdır.
Oda ən təhlükəli "Btooom!" oyunçularından biridir.
Masahito Şiki Murasaki ilə eyni xəstəxanada işləyən həkim olub.
Kiyoşi "Btooom!" oyunçularından biridir və Kansay dialektində danışır.
Hidemi lovğa "Btooom!" oyunçusudur. Nobutaka onu tərk edənə qədər onunla birlikdə döyüşür.
Yoşiaki "Btooom!" oyunçusudur. Ryotanı sıxışdırmaq və izləmək istəyəndə onun tərəfindən öldürülür.
Vəkildir.
Yoşihisa "Btooom!" oyunçularından biri və Kosuke Kiranın atasıdır. Oğlu tərəfindən öldürülür.
Digər
Oyunun əvvəlki versiyasını oynamış qadındır. Artıq bir ildən çoxdur ki, bu adada yaşayır.
Kondo "Btooom!" oyunçularından biridir.
Misako "Btooom!" oyunçusudur. Nobutaka Oda tərəfindən öldürülür.
Ryotanın Tyrannos Japan-da işləyən senpayıdır.
Ryotanın anasıdır.
Ryotanın ögey atasıdır.
Himikonun tanıdığı və güvəndiyi gənc şəxsdir. Musiqi qrupunun üzvü olub və Himikonu dostlarını evə gətirməsi üçün aldadıb.
Himikonun keçmiş ən yaxşı dostudur.
Himikonun keçmiş dostudur.
Himikonun keçmiş dostudur.
Media
Manqa Cunya İnoenin müəllifi olduğu manqa seriyası 2009-cu ildə Shinchosha nəşriyyatının "Weekly Comic Bunch" jurnalında nəşr olunmağa başlamışdır. 2011-ci ildə isə "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır. Jurnalın 2014-cü ilin may buraxılışında (20 martda buraxılıb) 21 aprel 2014-cü ildə buraxılacaq iyun buraxılışında manqanın final arkına daxil olacağı açıqlanmışdır.
Shinchosha nəşriyyatı tərəfindən 23 tankobon cildi buraxılmışdır. Həmçinin manqa Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Cild siyahısı
Anime
Madhouse studiyası tərəfindən anime adaptasiyasının çəkiləcəyi 2012-ci ilin iyununda açıqlanmışdır. 12 seriyalıq anime serialı Yaponiyada 4 oktyabr 2012-ci ildən 20 dekabr 2012-ci ilə kimi göstərilmişdir. Bundan əlavə anime Crunchyroll vasitəsilə Şimali Amerika, Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Skandinaviya, Niderland və CAR-da yayımlanmışdır. Anime 2013-cü ildə Sentai Filmworks tərəfindən Şimali Amerikada buraxılmışdır. Açılış mahnısı Nano tərəfindən ifa olunan "No pain, No game" mahnısı, bağlanış mahnısı isə May'n tərəfindən ifa olunan mahnısıdır. Anime manqa seriyasının ilk 50 fəslini əhatə edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2009-cu ilin manqaları Kateqoriya:2012-ci ilin anime serialları Kateqoriya:Seynen manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Qorxu anime və manqaları Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Shinchosha manqaları Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Madhouse (şirkət) Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Sentai Filmworks Kateqoriya:Animax verilişləri Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Uydurmada ölüm oyunları Kateqoriya:Uydurmada adalar Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Dram anime və manqaları