Edvin van der Sar (d. 29 oktyabr 1970, Vorhaut, Niderland) keçmiş hollandiyalı qapıçı. Peşəkar futbol karyerası ərzində Ayaks, Yuventus, Fulhem və Mançester Yunayted klublarında çıxış etmişdir. Niderland milli komandasının heyətində ən çox oyuna çıxan ikinci futbolçu. Hal-hazırda Ayaks klubunda baş icraçı direktor vəzifəsində çalışır.

O, peşəkar karyerasına başladığı Ayaksda klubun "qızıl nəsil"ə aid olan oyunçularından biri hesab olunur. Burada 9 il çıxış etdikdən sonra İtaliyanın Yuventus klubuna, sonra isə İngiltərənin Fulhem və sonda Mançester Yunayted klubuna transfer olmuşdur. UEFA Çempionlar Liqasını iki fərqli klubla qazana bilən azsaylı futbolçulardan biridir. O, bu mükafatı 1995-ci ildə Ayaksda və 2008-ci ildə Mançester Yunaytedin heyətində qazanmışdır. Van der Sar həmçinin 1992-ci ildə Ayaksın heyətində UEFA kubokunun qalibi olmuşdur.

Van der Sar bütün vaxtların ən çox titul qazanan ikinci (Vitor Baiyadan sonra) qapıçısıdır. O, karyerası ərzində əksər hissəsi Ayaks və Mançester Yunayted klublarında olmaqla 27 titul qazanmışdır. İngiltərə Premyer Liqasında çempion olan ən yaşlı futbolçu (40 yaş 205 günlüyündə) adı da ona məxsusdur. 1995 və 2009-cu illərdə Avropanın ən yaxşı qapıçısı mükafatının sahibi olan Van der Sar 2009-cu ildə isə UEFA İlin qapıçısı mükafatına sahib çıxmışdır. O, bir çox futbolçu tərəfindən bütün vaxtların ən yaxşı qapıçısı adlandırılmışdır.

Uğurları

Klub Ayaks Erediviziya (4): 1993–94, 1994–95, 1995–96, 1997–98 Niderland kuboku (3): 1992–93, 1997–98, 1998–99 Niderland Superkuboku (3): 1993, 1994, 1995 UEFA Çempionlar Liqası (1): 1994–95 UEFA Avropa Liqası (1): 1991–92 UEFA Superkuboku (1): 1995 Qitələrarası Kubok (1): 1995 Yuventus UEFA İntertoto Kuboku (1): 1999 Fulhem UEFA İntertoto Kuboku (1): 2002 Mançester Yunayted İngiltərə Premyer Liqası (4): 2006–07, 2007–08, 2008–09, 2010–11 Liqa kuboku (2): 2005–06, 2008–09 İngiltərə Superkuboku (3): 2007, 2008, 2010 UEFA Çempionlar Liqası (1): 2007–08 FİFA Klublararası Dünya Kuboku (1): 2008

Şəxsi Niderlandda İlin ən yaxşı qapıçısı: 1994, 1995, 1996, 1997 Avropanın ən yaxşı qapıçısı: 1995, 2009 ESM İlin heyəti: 1995–96, 2008–09 FİFA Dünya Çempionatı All-Star: 1998 Niderlandda İlin futbolçusu: 1998 İFFHS Dünyanın ən yaxşı qapıçısı: 1998, 2008 FIFA FIFPro World XI: 2006, 2007, 2008, 2009, 2010, 2011 İngiltərədə İlin heyəti: 2006–07, 2008–09, 2010–11 UEFA Çempionlar Liqası "Matçın adamı": 2008 Final UEFA Avro 2008: Turnirin heyəti İngiltərədə "Qızıl Əlcək": 2008–09 UEFA İlin qapıçısı: 2009

Həmçinin bax Mançester Yunayted Niderland milli yığması Ayaks

İstinadlar

Xarici keçidlər

Profile at ManUtd.com Premier League profile

Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Fulhem FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Niderland milli futbol komandasının oyunçuları Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Niderlandlı legioner kişi futbolçular