Başqırdıstan dövlət müstəqilliyi haqqında bəyannamə () — ictimai-siyasi əsas prinsipləri və Başqırd SSR-nin dövlət quruluşlarını elan etmiş sənəd. Bəyannamə 11 oktyabr, 1990-cı il Başqırd ASSR Ali sovetinin III sessiyasında qəbul edilmişdir.
Bəyannamənin qəbul edilmə tarixi 12 iyun, 1990-cı ildə RSFSR-ın xalq deputatlarının qurultayı Rusiya Sovet Federativ Sosializm Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannaməni qəbul etdi. Bu Bəyannamə, həmçinin SSRİ-in Qanunları "SSR ittifaqının və Federasiyanın subyektlərinin arasında səlahiyyətlərin ayrılması haqqında", "SSR ittifaqının iqtisadi münasibətlərinin əsasları haqqında, ittifaqlar və muxtar respublikalar" qanunda, Başqırd respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbulu üçün hüquq əsası oldu. 11 oktyabr, 1990-cı ildə Başqırd ASSR Ali sovetinin III sessiyasında respublikanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu.
Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 70-80-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı.
SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi. Müstəqillik uğrunda kütləvi xalq hərəkatı başlandı. Federal hakimiyyət bu müqavilə ilə dövlətin bütövlüyünün saxlanmasına, nail oldu.
Mənbə Rus dilində
Kateqoriya:Başqırdıstan tarixi Kateqoriya:Bəyannamələr Kateqoriya:1990-cı ildə SSRİ