– Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır.
Həyatı 22 sentyabr 1985-ci ildə anadan olmuşdur. Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect" və "Tamako Market" animelərinin personaj dizayneri olmuşdur.
Karyerası Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur.
2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur. 2011-ci ildə altıncı, 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü, 2017-ci ildə isə ikinci yeri tutmuşdur.
2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi.
Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.
İstinadlar
Xarici keçidlər Rəsmi bloqu
Kateqoriya:Yaponiya illüstratorları Kateqoriya:Sword Art Online Kateqoriya:Yaşayan insanlar