Bişbülək rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Sterlibaşev kəndidir. Coğrafi yerləşməsi Başqırdıstanın cənub-qərbində yerləşir. Rayonun ərazisi 2134 km² təşkil edir. İqlimi mülayim kontinental və rütübətlidir. Ərazisində neft (Şkapovskoye, Demskoye, Sataevskoye, Aznakaevskoye yataqları), kirəçdaşı (Çulpan), qum, qum-çınqıl qarışığı (Çulpan), gil (Aitovskoye) çıxarılır. Bölgənin şimal-qərbindən İk çayı başlayır, cənubdan isə Dyoma çayı axır. Sterlya, Urşak, Tyater və Kundryak çayları axır. Başdan-başa qara torpaqla örtülü olsa da, talalar şəklində olsa da tünd boz meşə torpaqlarına rast gəlinir. Meşələr ərazisinin 11 % əhatə edir. Tarix Bişbülək rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. 1963-cü il fevralın 1-də rayon ləğv edilmiş, ərazisi Bələbəy rayonuna hissəsi olmuşdur. 13 yanvar 1965-də yenidən təşkil olmuşdur. Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Bişbülək rayonu ərazisin milli tərkibi: çuvaşlar — 35,3 %, tatarlar — 26,1 %, başqırdlar — 22 %, ruslar — 11,8 %, mordvalılar — 3,6, digər millər — 0,9 % Hər km² 13 nəfər düşür (2010).

Milli tərkibi: İlbaşqırdlartatarlarruslarçuvaşlar19708,0 %31,4 %198910,4 %35,0 %200221,5 %26,3 %11,0 %35.7 %201022 %26,1 %11,8 %35.3 %

İnzibati-ətazi vahidləri 13 kənd inzibati vahidliyinə 86 yaşayış məntəqəsi daxildir 2015-ci ildə yeni inzibati yaşayış məntəqəsi olan Tumaş kəndi təşkil edilmişdir. İqtisadiyyat İqtisdadiyyatın əsasını Aqrar sahə tutur. Taxıl, şəkər çuğunduru, günəbaxan və yem bikilərinin əkini, maldarlıq (süd və ət istiqaməti), donuzçuluq və qoyunçuluq üzrə ixtisaslaçmışdır. Arıçılıq inkişaf etmişdir. Nəqliyyat Ərazisindən Samara - Çelyabinsk dəmir yolun keçir. Bələbəy, Tuymazı, Ufa istiqamətində avtomobil yolu keçir.

Sosial sfera Rayon ərazisində 46 ümumtəhsil mərkəzi, 14 orta məktəb, musiqi məktəbi, peşə uçilişi, 31 kütləvi kitabxana, 45 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada rus, tatar və başqırd dillərində müvafiq olaraq «» — «» — «» adlı qəzetlər buraxılır.

Tanınmış şəxsləri Kərim Abdraufoviç Xakimov - diplomat, Səudiyyə Ərəbistanı Krallığında SSRİ-nin ilk səlahiyyətli nümayəndəsi.

Mənbə Bişbulək rayonu administrasiyası

İstinadlar

Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər