Qustav Meyrink, əsl adı Qustav Mayer (19 yanvar 1868, Vyana, Avstriya – 4 dekabr 1932, Ştarnberq, Bavariya, Almaniya) — Avstriya yazıçısı, tərcüməçi, dramaturq. Ən məşhur əsəri "Qolem" romanıdır. Bu əsər XX əsrin ilk bestsellerlərindən hesab olunur. Meyrinkin yaradıcılığında mistisizm, kabbalistika, romantizm və okkultizm ünsürləri nəzərə çarpır.

Kateqoriya:Avstriya yazıçıları Kateqoriya:Vyanada doğulanlar Kateqoriya:Almaniyada vəfat edənlər Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Dramlar Kateqoriya:Buddizmi qəbul edənlər