Kirill İvanoviç Karabits (, 26 dekabr 1976-cı ildə, Kiyev, Ukrayna SSR-də doğulub) — ukraynalı drijor. Onun atası məşhur drijor və bəstəkar İvan Karabitsdir. Təhsili

Gənclik illərində piano, musiqişünaslıq və kompozisiya təhsili almış Karabits, on üç yaşından drijorluqla maraqlanır. Onun ilk müəllimi Tatyana Kozlova olur. Kiyevdə o, Lisenko Musiqi Məktəbi və P.İ.Çaykovski adına Milli Musiqi Akademiyasında təhsil alır.

1995-ci ildə o, Vyana Konservatoriyasında təhsil almağa başlayır və beş il sonra drijor diplomu alır. Eyni zamanda Ştuttqartdakı “Bachakademie”yə qəbul olan Kirill, burada Helmut Rillinq və Piter Gülkedən təhsil alır. “Berliner Singakademie”də elmi tədqiqatla məşğul olan Kirill, Karl Filipp Emanuel Bax tərəfindən 1784-cü ildə yazılmış və itirilmiş hesab edilən “İohannın ehtirasları” əsərinin əlyazmasını üzə çıxarır və köçürür.

Fəaliyyəti

Karabits, izləyicilər qarşısında ilk drijorluğunu 19 yaşında edir. 1998-2000-ci illərdə o, Budapeşt Festival Orkestri drijorunun assistenti olur. 2002-2005-ci illərdə o, Radio Fransa Filarmonik Orkestrının əlaqəli drijoru kimi çalışır.

2005-2007-ci illərdə Karabits Strasburq Filarmoniya Orkestrının əsas qonaq drijoru olur. 2006-cı ilin oktyabrında Karabits ilk dəfə Bornmut Simfonik Orkestrı (BSO) ilə çıxış edir, həmin orkestrlə ikinci çıxışı isə 2007-ci ilin oktyabrında baş tutur və hər iki çıxış yüksək qiymətləndirilir. Orkestr üzvləri arasında keçirilən anonim səsvermədən sonra, Bornmut Simfonik Orkestrı 2007-ci ilin noyabrında Kirill Karabitsin 2009-2010-cu il mövsümündə orkestrın əsas drijoru olacağını açıqlayır.Bournemouth Symphony Orchestra, "Karabits appointed new Principal Conductor". 29 November 2007.James Inverne, "Bournemouth Symphony Orchestra names new chief conductor". Gramophone, 23 November 2007. Üç konsert çıxışından sonra Karabits 2008-2009-cu il mövsümünün də əsas drijoru titulunu ala bilir. 2009-cu ilin avqustunda o, BSO ilə birlikdə ilk dəfə BBC tərəfindən təşkil edilən ənənəvi “The Proms” tədbirində çıxış edir, 2009-cu ilin oktyabrından etibarən isə formal olaraq BSO-nın əsas drijoru kimi təqdim olunur.

O, Böyük Britaniya orkestrının əsas drijoru olan ilk Ukrayna drijorudur. Onun ilkin müqaviləsi dörd il üçün nəzərdə tutulmuşdu. BSO ilə birlikdə o, “Naxos” leyblı üçün Rodion Şedrinin, “Onyx Classics” leyblı üçün isə Aram Xaçaturyanın əsərlərini lentə almışdır. 2011-ci ilin avqustunda Karabits və BSO müqavilə müddətinin 2015-2016-cı il mövsümünə kimi üç il müddətində uzadılması haqqında müqavilə imzalayır. 2015-ci ilin aprelində BSO Karabitslə iş müddətinin 2018-ci ilə kimi uzadılması haqqında razılaşma əldə edildiyini açıqlamışdır. 2017-ci ildə Karabits BSO ilə birlikdə "Chandos" leyblı üçün Qara Qarayevin orkestr əsərlərini lentə almışdır.

2013-cü ildə Karabits ilk dəfə Polşanın “I,CULTURE” Orkestrına drijorluq etmişdir. 2014-cü ilin sentyabrında orkestr Karabitsin yeni bədii direktor təyin edilməsini açıqlamışdır. 2014-cü ilin noyabrında qonaq drijor kimi Veymarda Almaniya Milli Teatrında çıxış etmişdir. 2015-ci ilin martında o, Veymardakı Almaniya Milli Teatrında çıxış etmişdir. Bu çıxışlardan sonra 2015-ci ilin iyulunda Almaniya Milli Teatrı və Veymar Dövlət Kapellası 2016-2017-ci il mövsümündə Karabitsin əsas musiqi direktoru və baş drijor olması üçün 3 illik müqvilə imzalanmasını elan etmişdir. Diskoqrafiyası 2006 - Telemann: Pastorelle en Musique, Capriccio Records 2006 - Joseph-Guy Ropartz: Pêcheur d'Islande; Rhapsodie pour Violoncelle; Oedipe à Colone, Timpani 2009 - De Falla: El Sombrero de Tres Picos; Prokofiev: The Buffoon, Haenssler 2010 - Shchedrin: Concertos for Orchestra Nos. 4 & 5, Naxos 2011 - Khatchaturian: Spartacus; Gayaneh, Onyx 2011 - Tchaikovsky: Symphony No. 2; Mussorgsky: Pictures at an Exhibition; Night on Bare Mountain, Onyx 2012 - The Silver Violin, Decca 2012 - John Williams: Main Theme from Schindler's List, Decca 2013 - Ivan Karabits: Concertos for Orchestra; Valentin Silvestrov: Elegie; Abschiedsserenade, Naxos 2013 - Britten & Shostakovich, Onyx / Onyx Classics 2014 - Prokofiev: Symphonies Nos. 3 & 7, Onyx / Onyx Classics 2014 - Prokofiev: Symphonies 1 & 2; Sinfonietta, Onyx / Onyx Classics 2015 - Prokofiev: Symphonies 4 (Op. 47) & 5; Dreams, Onyx Classics 2015 - Prokofiev: Symphonies Nos. 4 & 6; Symphonic Fragment, Onyx / Onyx Classics 2016 - Shostakovich, Glazunov, Decca 2017 - Rachmaninov: Piano Concerto No. 2; Corelli Variations, Decca 2017 - Kara Karayev: Seven Beauties Suite; Leyla and Mejnun; Don Quixote; Lullaby from 'The Path of Thunder', Chandos

İstinadlar

Kateqoriya:Ukrayna dirijorları Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:1976-cı ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar