Əfşin Xıdr ibn-Kavus, Afşin Heydər Kavus oğlu (ingiliscə: Afshin Haydar bin Kavus; ) — Abbasi Ərəb xilafətinin mənbələrə görə iranlı İsrövşənə şahzadəsi.
Həyatı Tarixçi Yəqubiyə əsasən, xəlifə əl-Məhdinin zamanında (775-85) Afşinin adı Transoksiana və Orta Asya çöllərində xilafətə xidmət edən yerli türk- və iran-əsilli sərkərdələrin arasında verilir Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə traktatının bir yerində Cahiz türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.Birinci bölmə K.E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 22 İstəxrinin məlumatına görə Usruşanalı Əşin Türk idi.
Hərbi fəaliyyəti V.V.Bartoldun dediyinə görə, ərəblərin Orta Asiyada son böyük hərbi əməliyyatı, hicri 208 (miladi 822/23)-ci ildə Usruşanaya edilən səfər idiВ.В.Бартольд. Несколько слов об арийской культуре в Средней Азии, стр. 9.. O zaman Usruşana hakimi Afşin Kavus idi, onun Heydər, Fəzl, Xaş və Rəşid adlı dörd oğlu var idi. Ailə ixtilafı üzündən Heydər Bağdada xəlifə Məmunun yanına qaçmalı oldu, o da Kavusun köməyi ilə Usruşananı istila etməyə müvəffəq oldu və 822-ci ildən onu Xifafətin tərkibinə daxil etdiəl-Bəlazuri, səh. 340-341ət-Təbəri, III, səh. 1066İbn əl-Əsir, VI, səh. 271..
Kavusun özü həmin ildə xəlifənin qulluğuna girdi və islam dinini qəbul etdi. Onun hərbi sərkərdə olaraq birinci ciddi hərəkatı 831-ci ildəki səfəridir ki, bu zaman Misirdə Adus əl-Fəxrinin üsyanını yatırtmışdıƏt-Təbəri, III, səh. 1107İbn əl-Əsir, səh. 296-297.
835-ci il 3 iyunda Mötəsim Heydər ibn Kavusu Cibal əyalətinə hakim təyin etdi və Xilafət qoşunlarının baş komandanlığını ona tapşırıb Babəkə qarşı müharibəyə göndərdiƏt-Təbəri, III, səh. 1171.
O, Mavəraünnəhrdə olan şəhərində əsir tutulmuşdu və rəvayətə görə mani dininə etiqad edirdi və Xorasanı, Mavəraünnəhri ələ keçirmək istəyirdi. Lakin Afşinin bu məqsədinə qarşı Xorasan hakimi Abdullah ibn-Tahir və atasının əmisi oğlu Bağdad əmiri İshaq-ibn-İbrahim ibn-Müsəl çıxırdılar. Tahirilərə qarşı özünə sosial baza yığan Afşin bir tərəfdən tahirilərlə əlbir olmayan başqa iranlı qüvvələrlə, o biri tərəf-dən isə Babək və Təbəristan valisi Harunun oğlu Məzyər ilə gizli danışıqlara girib, tahirilərə qarşı qüvvələri səfərbərliyə almaq istəyirdi.
Babəkə qələbə çalandan sonra 838-ci ildə, Heydər ibn Kavus 30 minlik ordunun başında xəlifə qoşunlarının qabağında gedərək, imperator Feofilin sərkərdəliyi altındakı Bizans ordusunun əsas qüvvələrinə hücum etdi, onları məğlub edərək qaçmağa vadar etdi. Onun iştirakı ilə 838-ci il 22 iyulda Amorium şəhəri alındı. Ət- Təbəri Feofil ilə müharibədə Afşinin döyüş şücaətini mədh edən şair Hüseyn ibn əz-Zəhhak əl-Bəxilinin qəsidəsini verir:
Allahın hamisilə Əbu Həsənin qüdrəti İrəm sütunlarından daha möhkəm oldu. Kavus oğlanlarının, İran hökmdarına Onun yaratdığı şöhrət hamıdan üstün oldu. Əl-Mötəsimin əlində əl-Afşin Allahın qüdrətilə sıyrılmış qılınc idi. Əl-Bəzzdə, o, İrəmdəki heykəllərə bənzəyənlərdən başqa Heç bir şeyin qalmasına imkan vermədi. Gözlərindən peşmanlıq duyulan Babəki o, Girov bir əsir kimi oraya gətirdi. Sonra Feofilə vurduğu gözə nizə. Hər iki ordusunu iki yerə parçaladı, Feofil özü də qaçmağa üz qoydu. Onların çoxu qırıldı, salamat qalanlar isə, Sanki şişə çəkilmiş ət oldu.Ət-Təbəri, III, səh. 1256
Xəlifədən sonra birinci şəxsiyyət olan Heydər ibn Kavus, təbii olaraq, digər sərkərdələr də, xüsusilə, Afşinə tabe olan ərəb Uceyf ibn Ənbasda həsəd doğururdu; Uceyf isə xəlifə Mötəsimin qardaşı oğlu Abbas ibn Məmunla, sərkərdələrdən Əmr ibn Əbrah əl- Fərqani və Məhəmməd Kutahla, habelə Haris-əs-Səmərqəndi adlı birisi ilə xəlifəni və Afşini öldürmək məqsədilə qəsd düzəltmişdilər. Lakin qəsdin üstü açıldı. Xəlifə Abbası Afşinə verdi, o da Abbası ac saxlayıb öldürdü. Əmr əl-Fərqanini döyə-döyə öldürdülər. Uceyf ibn Ənbas zindanda öldü. Xəlifə öz qardaşının bütün arvad və uşaqlarını məhv etdiət-Təbəri, III, səh. 1256-1267. Afşinin nüfuzu daha da artdı, lakin iki ildən sonra onun tənəzzülü başlandı.
839/40-cı ildə Afşin xəlifənin şəxsi ordusunun başçısı vəzifəsindən kənar edildiƏt-Təbəri, III, səh. 1303, 840-cı il 7 sentyabrda isə xəlifənin əmri ilə həbs edildi. Afşinin həbs edilməsinin səbəbi bu idi. Afşin Azərbaycan, Arran və Ermənistanda xəlifənin canişini olaraq topladığı sərvət və qiymətli əşyanı, habelə Babəklə müharibə zamanı ələ keçirdiyi hər şeyi Xilafət ərazisində saxlamayıb, mötəbər adamları gizlicə Usruşanaya göndərirdi. Sərvət dolu karvanlar Təbəristan yolu ilə göndərilirdi. Afşinlə şəxsi qərəzi olan Abdullah ibn Tahir isə bu barədə xəlifəyə məlumat verirdi. Mötəsim, Abdullah ibn Tahirə əmr etdi ki, ətraflı kəşfiyyatla məşğııl olub Afşinin gizli işlərinin üstünü açsın.
Bir gün Afşin həmişəki kimi, bir dəstə öz adamını min dinar va ya daha artıq pulla Usruşanaya göndərdi. Onlar pulu öz qurşaqlarına tikmişdilər. Nişapur yaxınlığında Abdullah ibn Tahir onları tutdu. O, adamların üstünü axtarıb pulu tapandan sonra maraqlandı ki, bu qədər böyük məbləğ haradan onların əlinə keçmişdir. Onlar cavab verdilər ki, pul Afşinindir. Abdullah aldığı pulu öz qoşununa payladı və bu xüsusda xəlifəyə və Afşinə xəbər verdi. Afşinə yazdı ki, tutulan adamların sözünə inanmır. Abdullahın hərəkətindən qəzəblənən Afşin ona cavab verdi ki, "onun pulu ilə Əmir əl-Möminin pulu eyni şeydir və xahiş etdi ki, adamları buraxsın ta onlar Usruşanaya gedə bilsinlər. Abdullah ibn Tahir onları azad etdi, onlar da çıxıb getdilər"Ət-Təbəri, III, səh. 1303-1305İbn əl-İbri, səh. 242əl-Uyun, səh. 62- 63..
Bu hadisə Afşin ilə Abdullah ibn Tahir arasındakı ədavəti daha da dərinləşdirdi; odur ki, Abdullah gizlicə Afşinin işlərinə daha diqqətlə göz qoymağa başladı. Xəlifənin şübhəsini doğuran Afşin xəlifənin soyuq yanaşdığını görürdü, lakin özünün nə edəcəyini bilmirdi. O, Xilafətdən qaçmağı qərara aldı. Öz sarayında, sal içində çay və dənizdən keçmək üçün dəri tuluqlar hazırladı. Afşin istəyirdi xəlifə və onun sərkərdələrinin başları qarışdığı bir gündə Mosula qaçsın, tuluqla Zab çayını keçib Azərbaycana çatsın, oradan da dəniz yolu ilə xəzərlərin yanına getsin. Bu planı həyata keçirmək çox çətin oldu.
Onda Afşin bu qərara gəldi ki, xəlifəni və sərkərdələri kef məclisinə dəvət edib, onları zəhərləsin, sonra da qaçsın. O, xəzərlərin ölkəsindən dairəvi yolla türklərin ölkəsindən keçib Usruşanaya çatmaq fikrində idi. Lakin Afşinin niyyəti baş tutmadı, çünki sərkərdələrdən biri Vacini(avacan)İbn əl-Əsir, VI, səh. 364. əl-Usruşani onun planını bəyənmədi. Afşin onu tutub yox etmək qərarına gələndə, Vacin atın üstünə sıçrayıb düz xəlifənin sarayına çapdı. İtah onu xəlifənin yanına buraxmadı, çünki xəlifə yatmışdı. Vacin görüş üçün təkid etməyə başladısa, yalnız səhər xəlifə tərəfindən qəbul olundu və Afşinin bütün sirlərini açıb ona dedi.
Xəlifə Afşini çağırtdırdı və əmr etdi ki, onu Cövsək iqamətgahında içəri Ləl ("Mirvari") həbsxanasına salsınlar; sonralar bu yer "Afşinin həbsxanası" adlanmağa başladıƏl-Yəqubi, III, səh. 203ət-Təbəri, III, səh. 1307əl-Uyun, səh. 63-64. Afşinin işini dərindən öyrənən xəlifə gördü ki, Afşinin oğlu Həsənin bütün işdən xəbəri var və atası ilə əlbirdir, yəni o da Xilafət üçün böyük təhlükə təşkil edir. Buna görə, Abdullah ibn Tahirə əmr etdi ki, Həsəni hiylə ilə çağırıb həbs etsin. Abdullah xəlifənin tapşırığını yerinə yetirməyi Buxara hakimi Nuh ibn Əsədə əmr etdi. Abdullah Həsənə yazdı ki, o Nuhun yerinə vilayətin hakimi təyin olunur. Həsən kiçik bir mühafizə dəstəsi ilə Səmərqəndə gələn kimi, Nuh onu həbs edib zəncirlədi və Abdullah ibn Tahirin yanına, Abdullah da onu xəlifə Mötəsimin yanına göndərdi. Afşin Xilafətə və islama xəyanətdə ittiham edildi və məhkəmə quruldu.
Ət-Təbəri Harun ibn İsa ibn Mənsurun (xəlifənin nəvəsi) dilindən belə xəbər verir ki, məhkəmə xəlifənin sarayında oldu, hakimlər bunlar idi: Əhməd ibn Əbu Duad, İshaq ibn İbrahim, ibn Müsəb və Məhəmməd ibn Əbd ül-Malik əz-Zəyyat. Məhkəməyə yalnız yüksək rütbəli hərbi və mülki adamlar gəlmişdilər. Baş ittihamçı Məhəmməd əz-Zəyyat idi. Şahidlər arasında Məzyər, atəşpərəstlərin baş ruhanisi mubad (məhabad sözünün ərəbləşmiş forması), SoqdianaSoqd padşahlarından Mərzban ibn TarkaşƏt-Təbəri, III, səh. 1308-1309İbn əl-Əsir, VI, səh. 365.В.В.Бартольд. Туркестан, стр. 97 və iki soqdlu var idi.
İttihamçı birinci olaraq iki soqdlunu dindirdi: onların əynində cırıq paltar var idi; o soruşdu ki, nə səbəbə görə onlar bu sifətə düşmüşlər. Soqdlular öz kürəklərini göstərdilər; onların kürəklərində qamçı izləri var idi. Bundan sonra Məhəmməd Afşindən soruşdu: "Sən bu iki nəfəri tanıyırsan?" O cavab verdi: "Bəli! Onlardan biri müəzzin, o biri isə imamdır. Onlar Usruşanada məscid tikdirmişdilər. Mən əmr etdim, onlardan hər birinə min qamçı vursunlar, çünki mənimlə Soqd padşahları arasında bağlanan sazişə görə, bütün adamlar öz dinlərinə sitayiş etməkdə davam etməlidirlər. Bu iki nəfər bir məbədə hücum edib, onların [usruşanalıların] bütlərini tulladılar və məbədi döndərib məscid etdilər. Buna görə mən əmr etdim ki, onların hər birinə min qamçı vursunlar, çünki onlar günah iş görmüşlər, adamların öz ibadət yerlərinə getməsinə mane olmuşlar"Ət-Təbəri, III, səh.1308-1309E.Rayt, I, səh. 57. Sonra ittihamçı soruşdu: "Üzərində qızıl, brilyant və qiymətli parça ilə işlənib içərisi Allaha qarşı küfrlə dolu olan bu kitab səndə haradandır?" Afşin cavab verdi: "Bu kitab atamdan mənə irs qalmışdır. Bu kitabda iranlıların ən hikmətli sözləri toplanmışdır. Küfr haqqında sizin qeydinizə gəldikdə, deməliyəm ki, mən kitabdakı hikmətli sözlərdən həzz alıram, qalanlarını isə rədd edirəm. Bu kitab bəzəkli şəkildə mənə gəlib çatmışdır və mən onun naxışlarını məhv etməyi lüzum görməyib onu olduğu kimi, sənin evindəki "Kəlilə və Dimnə" və "Məzdəkin kitabı" kimi saxladım. Mən güman etmirəm ki, bu islama qarşı günah bir iş tutmaqdır"Ət-Təbəri, III, səh. 1309..
Ondan sonra mubad dindirildi. O, ifadəsində dedi ki, Afşin boğulan heyvanların ətini yeyirdi (islamda da iudaizmdə olduğu kimi bıçaqla kəsilməyən heyvanın ətini yemək haramdır) , onu da təhrik edirdi ki, bu cür ət yesin və iddia edir ki, bu cür ət, bıçaqla kəsilən heyvanın ətindən daha zərif və dadlıdır. O dedi ki, Afşin hər çərşənbə günü bir qoyun öldürürdü, qoyunu qılıncla iki yerə bölür, sonra onun ətini yeyərdi. Bir dəfə Afşin mubada belə dedi: "Doğrudan da mən bu xalqın üzündən məcburam nifrət etdiyim hər işi görüm, hətta zeytun yağı yeyim, dəvəyə minim və səndəl ayaqqabı geyim. Lakin mənim bir tüküm də əskik olmamışdır!" O, bunu nəzərdə tuturdu ki, heç üz-başını qırxdırmırdı və sünnət edilməmişdiƏt-Təbəri, III, səh. 1310.
Afşin ittihamçıya etirazını bildirdi: "Burada həmin sözləri danışan adam barəsində mənə söylə görüm – o öz dininə etiqad bəsləyirmi?" Mənfi cavab verildi, çünki mubad islamı çox gec; xəlifə Mütəvəkkil dövründə qəbul etmişdi. Onda Afşin mubada müraciətlə soruşdu: "Mənim evimlə sənin evin arasında bir qapı və ya səs eşidilə bilən bir pəncərə var idimi ki, sən mənim barəmdə də məlumat alasan?" O, mənfi cavab verdi. O zaman Afşin dedi: "Məgər mən sənə icazə vermirdim yanıma gələsən, sənə öz sirlərimi demirdimmi, İran haqqında, ona və onun xalqına rəğbətim haqqında sənə danışmırdımmı?" Mubad müsbət cavab verdikdən sonra Afşin sözünü davam etdirdi: "Belə olduqda, sən həm öz dininə sadiq deyilsən, həm də içdiyin anda, çünki sənə gizlicə söylədiyim sirləri açmısan"Ət-Təbəri, III, səh. 1310..