Hermes (Frisk H. Griechisches etymologisches Wörterbuch'', Heidelberg. Carl Winter’s Universitätsbuchhandlung. 1960. p 564, miken dilində e-ma-a2Предметно-понятийный словарь греческого языка. Микенский период. Л., 1986. С.142) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdırМифы народов мира. М., 1991–92. В 2 т. Т.1. С.292–294, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.118–119; Псевдо-Аполлодор. Мифологическая библиотека I 6, 2–3 далее. Adının ən qədim versiyası Mikena mənşəlidirJoann Gulizio UDQ 292.11 University of texas Retrieved 2011–11–26. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər., lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilərDavies, Anna Morpurgo & Duhoux, Yves. Linear B: a 1984 survey. Peeters Publishers, 1985. p. 136.
Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur.
Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlarHomer. The Iliad. The Project Gutenberg Etext. Trad. Samuel Butler.
Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir. Qədim Romada Merkuri adı altında məlum idi.
Hermesin mənşəyi və uşaqlığı Zevslə pleyada Mayyanın oğlu olanГесиод. Теогония 938–939 (başqa versiyaya görə, Persefonanın oğluГесиод, подложный фр.395 М.-У.) Hermes ayın dördüncü günüГимны Гомера III 19 Killena (Arkadiya) dağının mağarasındaГесиод. Перечень женщин, фр.170 М.-У.; Гимны Гомера III 3, başqa versiyaya görə isə Kerikion (Beotiya) dağındaПавсаний. Описание Эллады IX 20, 3 anadan olmuşdur.
Dağ nimfaları təzə doğulmuş Hermesi Arkadiyadakı Trikren bulaqlarında çimdirirdilərПавсаний. Описание Эллады VIII 16, 1. Kölgəsi altında tərbiyə edildiyi yabanı çiyələk ağacının qalıqları Tanaqrda saxlanırdıПавсаний. Описание Эллады IX 22, 2.
İlk oğurluğunu hələ bələkdə olarkən etmişdi. Öz beşiyini tərk edərək o Pieriyaya getmiş və Apollonun otardığı əlli inəyi qaçırmışdıГимны Гомера III 73. İnəkləri izlərinə görə tapmasınlar deyə onların ayağına budaqlar bağlamış və Pilosa qaçırmışdı. Xelidoreya (Arkadiya) dağındaПавсаний. Описание Эллады VIII 17, 5,Псевдо-Эратосфен. Катастеризмы 24 o böyük tısbağanın qınından və öldürülmüş iki inəyin bağırsaqlarından o yeddisimli lira hazırlamışdıГимны Гомера III 496.
İnəklərini axtaran Apollon Pilosa gəlmiş və yerli sakinlərdən öyrənmişdi ki, inəkləri bir oğlan qaçırıb və heç kim onun izinə düşə bilmir. Bunun kimin əməli olduğunu başa düşən Apollon Mayyanın yanına gəlmiş və Hermesi oğurluqda ittiham etmişdi. Mayya bələkdə olan Hermesin yerində olduğunu göstərmişdi və Apollon onu Zevsin yanına aparmışdı. Atasının sorğu-sualından sonra Hermes inəklərin yerini göstərmiş, özü isə yaxınlıqda əyləşib lirada ifa etməyə başlamışdı. Apollonun lira xoşuna gəlmiş və o inəkləri liraya dəyişməyi təklif etmişdi. Hermes tütək çala-çala inəkləri otarmağa başlamış və Apollon tütəyi də istəyəndə, Hermes tütəyi Apollonun əsasına dəyişmişdi.
Hələ körpə ikən Hermes zarafat xətrinə Zevsin padşahlıq əsasını, Poseydonun üçbaşlı əsasını, Hefestin maşasını, Afroditanın kəmərini, Apollonun qızıl oxlarını və yayını, Aresin qılıncını oğurlamışdıЛукиан. Разговоры богов 7, 1–3.
Hermes haqqında miflər thumb|"Hermes körpə Dionislə". Qədim yunan heykəli. Heykəltəraş Praksitelin adına çıxılır Hermes yazını Misirdə ixtira etmişdiПлутарх. Застольные беседы IX 3, 2; Мнасей в схолиях к Дионисию Фракийскому // Фрагменты ранних греческих философов. Ч.1. — М., 1989. С.137. O durnaların uçuşunu seyr edərək ilk yeddi hərfi kəşf etmişdiГигин. Мифы 277; Лукан Анней . Фарсалия V 716 (о журавлях). Hermes həm də səmada bürclərin yerini müəyyən etmiş və delta hərfini (Deltayabənzər bürc) səmada yerləşdirmişdiПсевдо-Эратосфен. Катастеризмы 20; Гигин. Астрономия II 19.
İlk öncə, Hermes fallosvarı ilah idiГеродот. История II 51, lakin Roma işğalları dövründə yunanlar artıq Hermeslə fallik kult arasında əlaqəni unutmuşdular və onu üzərinə büstünün qoyulduğu sütun şəklində hazırlayırdılar.
Hermes tez-tez Zevsin tapşırıqlarını icra edirdi. Məsələn, onun tapşırığl ilə Hermes Zevsin sevgilisi, inəyə çevrilmiş İonu Heradan oğurlamışdı.
Hermes Heraklı Omfal çariçasına qul kimi satmışdı. thumb|"Səndəlini bağlayan". Qədim yunan heykəlinin qədim Roma surəti. Hermes və ya Tesey və ya Yasonun təsvir edildiyi güman edilir Çöxgözlü nəhəng Arqusu Hermes öldürmüşdü.
Öz oğlu Efalidi ölümsüz etmək üçün Hermes ona sonsuz yaddaş vermişdi. Rodoslu Apolloni yazır ki, hətta ölülər dünyasında axan Axeront çayını keçərkən unutqanlıq onun ruhunu udmadı və o gah bu dünyada, gah o dünyada yaşasa da, gördükləri haqqında xatirələri heç vaxt unutmur.
Hermafrodit Hermeslə Afroditanın oğludur.
Hermesi həm bu, həm də o dünyaya gedib gəldiyi üçün Trismegist ("üç dəfə böyük olan") ləqəbini qazanmışdırЛактанций. Божественные установления I 6, 3, lakin bəzi məlumatlara görə Hermes və Hermes Trismegist ayrı-ayrı personajlardır.
Hermesin 40-a yaxın övladı var idi.
Hermes Odisseyin ulu babasıdır. Troya müharibəsində Hermes yunanların ilahi müttəfiqi olsa da, Priam oğlu Hektorun cəsədini almaq üçün yunanların qərargahına gedib gələndə onu müşayiət edərək qoruyurdu.
Homerin III və XVIII himnləri Hermesə həsr edilmişdir. Hermes Aristofanın "Sülh" və "Plutos" komediyalarının, Esxilin "Evmenidlər" faciəsinin personajıdır.
İstinadlar
Kateqoriya:Olimp tanrıları Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Odisseya personajları Kateqoriya:Ticarət tanrıları