Eylin Karol Uornos () — 1989–1990-cı illər aralığında Florida ştatında 7 nəfərin ölümündə günahlandırılan amerikalı seriyalı qatil. ABŞ-nin ən məşhur seriyalı qatillərindən olan bu homoseksual qadın 7 nəfəri öldürsə də, ikisinin cəsədi tapılmadığı üçün 5 nəfəri öldürməkdə mühakimə olunub. Uşaq vaxtı onun atası pedofillikdə günahlandırılaraq tutulub. Anası kiçik qızını babasına verərək qaçıb. 13 yaşında təcavüzə məruz qalan Uornos uşaq dünyaya gətirib. Babası onu evdən qovduqdan sonra həyatda qalmaq üçün fahişəlik edən Uornos köhnə bir avtomobil alıb. 20 yaşında olarkən 70 yaşlı kişi ilə evlənib və ərini döydüyü üçün boşanıb.

Məhkəmədə öldürdüyü adamların ona təcavüz etdiyini deyən Uornos edamdan əvvəl etiraf çıxışı belə olub: "Qətlləri qəzəbimdən törətdim. Edam edilməliyəm, çünki həbsdən çıxsam yenə adam öldürəcəyəm".

Həyatı Eylin Uornos, Eylin Karol Pittmen doğum adı ilə 29 fevral, 1956-cı ildə Miçiqanda doğulub.

Haqqında çəkilmiş filmlər Bədheybət (film, 2003)

Həmçinin bax Lizzi Hollidey Velma Barfild Anna Mari Han Cudias Buenoano

İstinadlar

Kateqoriya:Qadın seriyalı qatillər Kateqoriya:Miçiqanda doğulanlar Kateqoriya:Floridada vəfat edənlər Kateqoriya:ABŞ seriyalı qatilləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Antisosial şəxsiyyət pozuntusu olan insanlar