Naharlı — Azərbaycan Respublikasının Saatlı rayonunun Məzrəli kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Hacıqasımlı kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Naharlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Coğrafiyası və iqlimi Naharlı kəndi Məzrəli və Hacıqasımlı kəndləri arasında, Saatlıdan 8 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir.

Əhalisi Əhalisinin sayı 607 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Saatlı rayonunun kəndləri