Aleksey Lvoviç Qripiç () — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1946).
Həyatı Aleksey Qripiç 1891-ci ildə poçt idarəsinin məmurunun evində anadan olmuşdur. Gənc yaşda valideynlərini itirən Qripiç Qatçina şəhərinin yetim institutunda böyümüşdür, oranı 1910-cu ildə bitirmişdir.Грипич, Алексей Львович // "Kruqosvet" ensiklopediyası (rusca) Peterburq Politexnik institutunun iqtisadiyyat şöbəsində təhsil almışdır. Təhsil aldığı illərdə əmisi oğlu şair S. M. Qorodetskiyin təsiri altında Qripiçdə teatra maraq formalaşdı. 1913-cü ildə Vsevolod Meyerholdun yenidən açılmış studiyasına qəbul olundu. Birinci Dünya müharibəsinə görə institut və studiyada dərslərinə ara verdi. Aleksey Lvoviç cəbhədən yalnız 1918-ci ildə qayıtdı və maarif komissarlığında işə qəbul olaraq, səhnə tamaşalarının sənətkarlığı kurslarında oxumağa davam etdi, həmçinin Meyerhold burada ona dərs deyirdi.
Müstəqil rejissor fəaliyyətinə 1919–1921-ci illərdə Qırmızı Orduda xidmətdə olarkən başlamışdır.
1924-cü ildə Vsevolod Meyerholdun tövsiyəsi ilə Aleksey Qripiç İnqilabi Moskva Teatrında rejissor oldu Московский академический ордена Трудового Красного Знамени театр имени Вл. Маяковского, 1922–1982 / Авт.-сост. В. Я. Дубровский. — 2-е изд. испр. и доп. — М.: Искусство, 1983. — 207 с., ил. (стр. 17) (rusca), burada 1926-ci ilə qədər çalışmişdır. Bu teatrın səhnəsində onun bir neçə tamaşası göstərilmişdir. Meyerhold onu özünün istedadlı şagirdi hesab edirdi və onun "çoxdan müstəqil yaradıcılıq yoluna çıxdığını" söyləyirdi.
O, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dram Teatrı da daxil olmaqla SSRİ-nin bir neçə böyük şəhərlərində tamaşalarını göstərmişdir.
1983-cü il oktyabrın 1-də Moskvada vəfat etmişdir.
Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1946 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 8 yanvar 1941 "Şərəf nişanı" ordeni — 25 fevral 1946
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:Donskoye qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Rusiya Teatr Sənəti Universitetinin müəllimləri