Təbii yayılması Krım, Qara dəniz ətrafı, Don, Volqa çaylarının kənarları, Dağıstan, Şərqi Zaqafqaziya, Emba və Ural çayları ətrafında yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 50–80 sm olan, şaxələnmiş budaqlı, alçaq koldur. Budaqları nazik, düz, uzunsov, yuxarıya istiqamətlənmiş, əsasən iynəsizdir. Üzəri sarımtıl və ya qırmızımtıl-qonur, qabığı isə ağımtıl, çatlayan üst qabıqla örtülmüşdür. Yarpaqları qısa saplaqlı, xırda, uzunluğu 4–8 mm, yumru-ürəkvari, oval, ellipsvaridir. Çiçək qrupu yan salxımdır. Bir neçə, əsasən 2–6 salxım dəstələrlə yarpaqların qoltuqlarında yığılmışdır. Çiçəkyanlığı parlaq, çəhrayı, ağ kənarlı, meyvələrdə uzunluğu təxminən 8 mm-dir. Meyvəsinin ucu biz, bir az hamar, açıq qonur, yumurtavari qozadır. May-iyulda çiçəkləyir, meyvəsi avqustda yetişir.
Ekologiyası Kserofit, kalsiefildir. Yamaclarda təbaşir substratında rast gəlinir, ancaq xırda qumla qarışığı olan təbaşirdə yaxşı inkişaf edir. Quru, daşlı və təbaşirli yamaclarda, gilli torpaqlarda, dəniz sahilində bitir.
Azərbaycanda yayılması Böyük Qafqazda və Xəzər dənizyanı ərazilərdə təbii halda yayılmışdır.
İstifadəsi Gələcəkdə yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadəsi tövsiyə olunur.
Həmçinin bax Qafqaz dəvəqıranı Daryarpaq dəvəqıran
İstinadlar
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T. S. Məmmədov
Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad Флopa Aзeрбaйджaнa. т.5. 1954; Флopa Kaвkaзa. т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008; Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
Kateqoriya:Dəvəqıran Kateqoriya:Asiya florası Kateqoriya:Kollar