() — fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Cənubi Qafqaz, Naxçıvan MR-dan toplanan materiallara əsasən təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir.
Botaniki təsviri 20-30 sm diametrində, yarımkürəşəkilli olan alçaq koldur. Çiçək saplağı çılpaqdır. Yarpaqları xətli, üçkənarlı, qabarıq (yastıqdan bir balaca yuxarı qalxır), 3-4 sm uzunluqdadır. May-iyun ayında çiçəkləyir, iyun-iyulda toxumları yetişir.
Ekologiyası Kserofitdir. Quru yamaclarda bitir.
Azərbaycanda yayılması Şahbuz rayonunun Ayrınc və Biçənək kəndləri ətrafı ərazilərində (Biçənək aşırımı) yayılmışdır. Azərbaycan Respublikası, o cümlədən də Naxçıvan MR florasına yenidən daxil edilir. Biçənəkdən xeyli uzaqda, Ayrınc kəndinin yaxınlığından toplanmışdır.
İstifadəsi Quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.
Ədəbiyyat Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Kateqoriya:Tıs-tıs