Qız qalası — Cəbrayıl rayonunun Xələfli stansiyasında (qədim Diri kəndi), Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə Diri dağlarının bir hissəsinin zirvəsində yerləşən və XII əsrdə inşa olunmuş qala.
2020-ci il sentyabrın əvvəlində ərazidə "Qız qalası" hidroqovşağının tikintisi ilə əlaqədar qalanın tamamilə dağıdıldığı iddia edilib.
Uca dağlıq ərazidə yerli daşlardan tikilmiş qalanın müdafiə məqsədli gözətçi məntəqəsi olduğu güman edilir. Diridağ dağında yerləşən qala XII–XIV əsrə aiddir. Hazırda qala dağılmış vəziyyətdədir. Qala divarlarının uzunluğu təxminən 50 metr, hündürlüyü 13 metrdir. Hələlik qala yeri və onun yaxın günlərə qədər ucaldığı dağ isə qalır. 250px|thumb|right|Cəbrayıl rayonu ərazisindəki Diridağdakı dağıdılmış Qız qalasının qalıqları
İstinadlar
Həmçinin bax Ağgüney Çatandaş dağı Xudafərin körpüləri Xudafərin su anbarı Diridağ (Cəbrayıl)
Xarici keçidlər
Kateqoriya:Qarabağ toponimləri Kateqoriya:Cəbrayıl rayonunun abidələri Kateqoriya:Cəbrayıl rayonunun qalaları Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri