Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir.

Məzmun "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub.

İstehsal Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir:

Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.

İstinadlar

Kateqoriya:2017-ci ilin komiks debütləri Kateqoriya:Uydurmada Bakı Kateqoriya:Superqəhrəman komiksləri Kateqoriya:Azərbaycan komiksləri