Ziyəddin İsmayıl oğlu Əliyev () — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.Z. İ. Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az, 02.12.2017 Əməkdar mühəndis (2017)."Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli, 2681 nömrəli Sərəncamı. e-qanun.az

Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.

Karyerası "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur.

Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır.

1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Mükafatları Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona 20 fevral 2017-ci ildə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Quba Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Əməkdar mühəndislər