Böyük hersoqina Anna Petrovna (Rusca: Анна Петро́вна) (d. 27 yanvar 1708 — ö. 4 mart 1728) — Rusiya imperatoru I Pyotr və xanımı Yekaterina Alekseyevnanın ən böyük qızıdır. Kiçik bacısı Yelizaveta Petrovna 1741–1762-ci illərdə imperatriça olaraq imperiyanı idarə etdi. Atasının və anasının səltənətlərində vəliəhd olsa da, heç vaxt taxt uğrunda mübarizə aparmamışdır. Buna baxmayaraq oğlu III Pyotr 1762-ci ildə xalasının xələfi olaraq taxta oturdu. Evlilik yolu ilə Şlezviq-Holşteyn hersoqinası təyin edildi.Anisimov, Evgeniĭ Viktorovich (1993). The Reforms of Peter the Great: Progress Through Coercion in Russia. M. E. Sharpe. p. 209. ISBN 9781563240478.

İstinadlar

Kateqoriya:Romanovlar sülaləsi