İYİ Partiya () — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır.
Tarixi
Bölünmə Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir..
Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir:
2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi.
2023-cü il seçkiləri
2024-cü il seçkiləri və sonrası Seçkilərdə ağır məğlubiyyət yaşayaraq öncəki seçkilərə nəzərən səslərini 7,76%-dən 3,6%-ə, son parlament seçkilərinə nəzərən isə 9,69%-dən 3,6%-ə endirmiş İYİ Partiyada seçkilərə tək başına girmə strategiyası olan "Hür ve Müstakil İYİ Parti" strategiyasını müdafiə etmiş Meral Akşenər 27 aprel 2024 tarixinə fövqəladə qurultay təyin etmişdir. O, qurultayda namizəd olmayacağını açıqlamışdır. Müsavat Dərvişoğlu və Koray Aydın 8 aprel 2024 tarixində sədrliyə namizədliklərini açıqladılar. Mediada Dərvişoğlu Akşenərin namizədi və "əmanətçi" namizəd olaraq anılsa da, o bütun bu iddiaları rədd etmiş və özünün əmanətçi olacaq xarakterdə olmadığını, Akşenərin isə belə bir zehniyyətdə olmadığını qeyd etmişdir. 27 aprel 2024-cü il tarixində keçirilmiş İYİ Partiya IV Fövqəladə Qurultayında sədrliyə seçkilərin birinci turunda Koray Aydın 472, Müsavat Dərvişoğlu 370, Mehmet Tolga Akalın 327, Günay Kodaz isə 2 səs toplamışdır. İlk iki turda partiya nizamnaməsinə əsasən 1302 qurultay nümayəndəsinin yarısından çoxunun səsini toplayan sədr seçildiyi üçün seçkilər ikinci tura qalmışdır.İkinci turda heç bir namizədə dəstək verməyərək Mehmet Tolga Akalın namizədlikdən çəkildiyini açıqlamışdır. İkinci turda Müsavat Dervişoğlu 570, Koray Aydın 565, Mehmet Tolga Akalın 15, Günay Kodaz isə 3 səs toplamışdır. Seçki ən çox səs toplayan 2 nəfər arasımda ən çox səs toplayanın sədr seçiləcəyi üçüncü tura qalmışdır. Namizəd Günay Kodaz Koray Aydını dəstəklədiyini açıqlamışdır. Üçüncü turda Dərvişoğlu 611, Aydın isə 548 səs topladı. Beləliklə, Müsavat Dərvişoğlu Meral Akşenərin ardınca İYİ Partiyanın ikinci sədri seçildi.
Hədəfləri Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir.
Logosu Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyədəki siyasi partiyalar Kateqoriya:2017-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Millət İttifaqı Kateqoriya:İYİ Partiya Kateqoriya:Milli mühafizəkar partiyalar Kateqoriya:Sağ mərkəzçi partiyalar Kateqoriya:Sağçı partiyalar Kateqoriya:2017-ci ildə Türkiyədə yarananlar