Sidr və ya alma şərabı — ənənəvi olaraq, alma şirəsinin qıcqırdılmasından alınan spirtli içki.

Sidr hər hansı alma növündən hazırlana bilər, fəqət sidr alması bu məqsəd üçün ən yaxşı sayılır.

Etimologiya

"Almadan qıcqırdılmış içki" mənasında cidre şəkildə yazılan söz 1130-1140 illərin arasında köhnə fransız dilində Vas tərəfindən yazılan xronikalarda işlənilir. Bu söz Latın dilindən gəlib (gec və ya kilsə Latıncasında sicera kimi, "qıcqırdılmış içki" mənasında işlənilirdi).Dictionnaire historique de la langue française, sous la direction d'Alain Rey, réédition 2010, Tome I, p. 719b. Latıncaya o, qədim yunan síkera (σίκερα, yəni "güclü spirtli içki"), qədim yunancaya isə ivritdə həmin mənada olan shekhár (שכר) sözündən gəlib.T. F. Hoad, English Etymology, Oxford University Press, 1993 , p. 76b.

ABŞ və Kanadada spirtli sidr üçün hard cider ifadəsi, spirtsiz alma şirəsi üçün isə sweet cider və ya soft cider ifadələri işlənilir.

Tarix

Əvvəl Böyük Karl (VIII—IX ə.) alma torbasına oturub, əzib, beləliklə ilk dəfə sidrı yaratdığını deyilirdi. Fəqət, almalardan hazırlanan spirtli içki hələ Böyük Plini (I ə.) tərəfindən qeyd olunur.Fermented Beverage Production — Andrew Geoffrey Howard Lea, John R. Piggott — Google Книги

Ölkələrə görə

Birləşmiş Krallıq

Britaniya adambaşı ən çox sidr içən ölkə və eyni zamanda dünyanın ən böyük sidr istehsalçısıdır. Ordaki qanuna görə, sidr adlı içkinin tərkibi ən azı 35% alma şirəsindən (və ya konsentratından) ibarət olmalı. Eyni zamanda CAMRA (Campaign for Real Ale; ), fikrinə görə əsl sidrda ən azı 90% təzə çəkilmiş alma şirəsi olmalı.

Fransa

Fransada alma yetişdirmə haqqında biliyi qal tayfaları və onlardan sonra gələn, Fransa ərazisini təxminən 500 il ərzində idarə edən, Romalılardan irsən alıblar. Ölkədə ən ərkən bilinən sidr qeydi yunan coğrafı Straboya aiddir: o, Qalliyada alma ağacların bolluğu olduğunu yazıb, sidr kimi içkiyi izah edir.

Hazırda, Fransada sidr ancaq almalardan hazırlana bilər.

İtaliya

Keçmişdə, sidr Şimali İtaliyada geniş şəkildə istehsal olunurdu. Halbuki, faşit dövründə şərab istehsalçıları qorumaq məqsədi ilə çıxan, 7%-dən az spirti olan meyvələrdən hazırlanmış spirtli içkilərin qadağasına görə, ölkədə sidr istehsalı azalmışdı.

Portuqaliya

Şimali Portuqaliyanın keçmişində də, sidr çox populyar idi. XI əsrədək, orda sidr istehsalı şərab istehsalından böyük idi.

İstinadlar

Kateqoriya:Alkoqollu içkilər Kateqoriya:Alma məhsulları Kateqoriya:Qidalar Kateqoriya:Mayalanmış içkilər