Şingiley məscidi — Azərbaycanda Ordubad rayonunun, Dəstə kəndində yerləşən XIX əsrə aid məscid və tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Şingiley məscidi ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.

Haqqında Şingiley məscidi Ordubad rayonunun Dəstə kəndində yerləşir. Məsciddən tapılan kitabələrə əsasən, məscid XI əsrdə tikilib və XX əsrdə bərpa olunub.

Məscidin 2 qapısı var və əsas girişi şimaldandır və qarşısında balkon var. Qərb və şərq divarların hərəsində 2 tağvari pəncərə var. Cənub divarında 5 pəncərə var. Tavanı 6 sütun saxlayır. Məscidin uzunluğu 16,6 m, eni 9 m, hündürlüyü 4,3 m-dir.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Şingiley məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.

Müstəqillikdən sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Şingiley məscidi ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı

İstinadlar

Ədəbiyyat Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org

Kateqoriya:Ordubad rayonunun məscidləri Kateqoriya:XIX əsr məscidləri