Marketa Davidova () — Çexiyalı biatlonçu. Marketa Davidova Çexiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Marketa Davidova birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Davidova 22:03.3 saniyəlik nəticəsi ilə 87 atlet arasında 15-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
İstinadlar
Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında biatlonçular