() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Statusu Nadirdir.
Kateqoriyası (VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (EN) düşə bilər.
Qısa təsviri Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir. Dişisinin rəngi solğundur.
Yayılması Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 114-115;Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том IV, с. 488-494;Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 67-68;. Azərbaycanda düzənlik rayonlarda yayılıb Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 125-126;Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 114-115;Talıbov T.H. Ağgöz qaraördək–Aythya nyroca Guld. // Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitab"ı. I cild, Naxçıvan, “Əcəmi”, 2006, s. 79-80;. Xəzərin sahil zolağında və daxili su hövzələrində (Kələdəhnə, Cil, Qarasu, Şilyan, Sor-Sor və s.) göllərin qurudulması nəticəsində yayıldığı sahələr xeyli azalıb.
Yaşayış yeri və həyat tərzi Sahil və su bitkiləri ilə zəngin olan su hövzələrində məskunlaşır. Qamış cəngəlliyini xoşlayır Babayev İ.R. Kürətrafı göllərin ornitofaunası // Kürətrafı göllərin biologiyası. Bakı, “Elm”, 2001, s. 280-287;Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 125-126;. Qışda gündüzlər göllərin və körfəzlərin açıq akvatoriyalarında olur, axşam hava qaralandan səhər alaqaranlıq vaxta qədər isə dayaz subasar sahələrdə yemlənir Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 125-126;. Azərbaycanda qışlayan, ötüb keçən və reproduktiv populyasiyaları olur. Nəsil verən populyasiyası dərin su və qamış cəngəlliyi olan körfəzlərə və göllərə çəkilir. May ayında suya yıxılmış quru qamış topası üzərində yuva tikir, onun içərisinə çoxlu lələk döşəyir, 7-8 yumurta verir, axırıncı yumurtadan sonra 25-27 gün kürt yatır. Cücələri hələ kontur lələkləri çıxmazdan əvvəl suda üzür, amma uça bilməsi iki aylıq olanda başlayır Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 125-126;Babayev İ.R. Kürətrafı göllərin ornitofaunası // Kürətrafı göllərin biologiyası. Bakı, “Elm”, 2001, s. 280-287;Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 67-68;. Bitkiyeyən ördəkdir, ən çox qamış toxumunu xoşlayır Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кавказского музея, 1884, с. 366;.
Məhdudlaşdırıcı amillər Uzun illər ov quşu kimi təqib edilməsi, nəsilvermə biotopunun deqradasiyası, düzənlik rayonlarda təbii göllərin çoxunun qurudulması.
Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Yuva sahələri təbii abidə statusu ilə qorunmalı, növün vəziyyəti əhaliyə izah olunmalı. Yenikənd su bazasına və Sarısu göllər sisteminə qoruq statusunun verilməsi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:1770-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:30–34 ID olan Taksonbar