Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır.
Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur.
Tarixi Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur.
1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır.
Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir.
1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
1991-ci ildə Azərbaycan EA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin təqdimatı əsasında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə İnstituta akademik Murtuza Nağıyevin adı verilmişdir (11.01.91 il 16 №-li qərar). x3 1975–2002-ci illərdə İnstitutun direktoru akademik Toğrul Şahtaxtinski olmuşdur. Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun əsas elmi istiqaməti kimya-texnoloji sistemlərin modelləşdirilmə və optimallaşdırılma üsullarının, prinsipcə yeni reaksiya və texnoloji sistemlərin, o cümlədən, katalitik proseslərin optimal layihələşdirilməsinin elmi əsaslarının yaradılması olmuşdur.
2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.05.02 il qərarı əsasında Azərbaycan MEA Qeyri-Üzvi və Fiziki Kimya və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutlarının bazasında Kimya Problemləri İnstitutu yaradılmışdır. İnstitutun direktoru vəzifəsinə, akademik Toğrul Şahtaxtinski seçilmiş və 2010-cu ilədək həmin vəzifədə çalışmışdır. Ondan sonra 2014-cü ilədək direktor vəzifəsində akademik Ağadaş Əliyev çalışmış, 2014-cü ildə isə direktor vəzifəsinə akademik Dilqəm Tağıyev təyin edilmişdir. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.14 il 104№ -li və AMEA-nın Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il 14/8 №-li tarixli qərarına əsasən İnstitutun adı dəyişdirilərək akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlandırılmışdır. Aşqarlar Kimyası İnstitutu Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə. Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə. Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər.
Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut — Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə. Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə. M. Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V. M. Fərzəliyev rəhbərlik edir.
1980-ci ildə AİK-nin təcrübi-texnoloji bazası əsasında "Aşqar" Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Büro ("Aşqar" Tİ ilə XTB) yaradıldı və indiyədək AKİ-nin nəzdində fəaliyyət göstərir. Hazırda institut 12 laboratoriya və 9 şöbədən ibarətdir. İnstitut müasir və perspektiv tələblərə cavab verən sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu və digər xüsusi mayelərə aşqarların yaradılması və onların əsasında yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyaları, yağlayıcı-soyuducu və digər xüsusi mayelərin işlənilməsi sahəsində elmi-tədqiqat işləri aparmağa başladı. AKİ-də aparılan fundamental və tətbiqi tədqiqat işləri xalq təsərrüfatının bir sıra sahələri ilə, ilk növbədə neftçıxarma, neft-kimya, neft emalı sənayesi, maşınqayırma və metal emalı ilə əlaqədardır. Aparılan fundamental tədqiqatlar nəticəsində sürtkü yağlarının yuyucu-dispersləşdirici, özlülük-temperatur, oksidləşməyə, yeyilmə və siyrilməyə qarşı xassələrini yaxşılaşdıran və çoxfunksiyalı yüksək keyfiyyətli aşqarların məqsədyönlü sintezinin elmi əsaslarının işlənilməsi, istehsal texnologiyasının yaradılması və istehsalata tətbiqi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Rəhbərlik 0000–0000 Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1937–1941 İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi 1941–1943 professor Şıxbala Əliyev 1943–1949 Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov 1949–1967 Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev 1967–1971 akademik İzzət Orucova 1971–1983 Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmiş 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur 2011–2014 akademik Əliyev Ağadadaş Mahmud oğlu 2014 — akademik Dilqəm Tağıyev
Elmi istiqamətləri katalizin fundamental əsaslarının inkişaf etdirilməsi; karbohidrogenlərin çevrilməsi, qaz kimyası və ətraf mühitin qorunması üçün səmərəli katalizatorların və adsorbentlərin işlənilməsi; kimyəvi proseslərin kinetika və mexanizminin öyrənilməsi, modelləşdirilməsi və optimallaşdırılması; müxtəliftəyinatlı funksional materialların, nanokompozitlərin, topoloji izolyatorların, molekulyar maqnetiklərin və keçiricilərin sintezi və tədqiqi; yerli mineral xammalın emalı və praktiki əhəmiyyətli qeyri-üzvi birləşmələrin alınması üçün səmərəli proseslərin yaradılması;
İnstitutun şöbələri və laboratoriyaları
"Mineral xammalın kompleks emalı" şöbəsi "Dəmir və titan tərkibli filiz xammalının emalı" laboratoriyası https://kqkiamea.az/az/content/30 "Əlvan metaltərkibli mineral xammalın emalı" laboratoriyası https://kqkiamea.az/az/content/31 "Analitik kimya" laboratoriyası https://kqkiamea.az/az/content/32
"Qeyri-üzvi funksional materiallar" şöbəsi "Keçid elementlərinin xalkogenidləri" laboratoriyası https://kqkiamea.az/az/content/33 "Funksional materialların komponentlərinin sintezi" laboratoriyası https://kqkiamea.az/az/content/34 "Funksional qeyri-üzvi maddələrin termodinamikası" laboratoriyası https://kqkiamea.az/az/content/38 "Metal oksidləri əsasında funksional materiallar" laboratoriyası "Kompozisiya örtük materialları və korroziyadan mühafizə" laboratoriyası https://kqkiamea.az/az/content/39
"Koordinasiya birləşmələri" şöbəsi "Molekulyar maqnetiklər və keçiricilər" laboratoriyası https://kqkiamea.az/az/content/74 "Keçid metallarının metal-üzvi birləşmələri" laboratoriyası https://kqkiamea.az/az/content/75 "Nadir metalların kompleks birləşmələri" laboratoriyası https://kqkiamea.az/az/content/76 "Metal-klatrat birləşmələr" laboratoriyası https://kqkiamea.az/az/content/77
"Koherent — sinxronlaşdırılmış oksidləşmə reaksiyalari" şöbəsi "Monooksigenaz reaksiyalarının modelləşdirilməsi" laboratoriyası https://kqkiamea.az/az/content/79 "Biomimetik sensorlar və azot 1-oksidlə oksidləşmə" laboratoriyası https://kqkiamea.az/az/content/80 "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyası https://kqkiamea.az/az/content/82
"Oksidləşdirici heterogen kataliz" şöbəsi "Seolit katalizi" laboratoriyası https://kqkiamea.az/az/content/84 "Ekoloji kataliz" laboratoriyası https://kqkiamea.az/az/content/85 "Katalizatorların hazırlanması" laboratoriyası https://kqkiamea.az/az/content/86
"Nano- və elektrokataliz" şöbəsi "Nanokompozit katalizatorlar" laboratoriyası https://kqkiamea.az/az/content/88 "Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları" laboratoriyası https://kqkiamea.az/az/content/89 "Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar" laboratoriyası https://kqkiamea.az/az/content/90 "Nanoelektrokimya və elektrokataliz" laboratoriyası https://kqkiamea.az/az/content/91 "Renium ərintilərinin elektrokimyası və elektrokatalizi" laboratoriyası https://kqkiamea.az/az/content/92
"Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası" şöbəsi "Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi" laboratoriyası https://kqkiamea.az/az/content/95 "Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi" laboratoriyası https://kqkiamea.az/az/content/96 "Kimya sənayesinin yan məhsullarının emalı" laboratoriyası https://kqkiamea.az/az/content/97 "Zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi" laboratoriyası https://kqkiamea.az/az/content/98 "Qeyri-üzvi sintetik sorbentlər" laboratoriyası https://kqkiamea.az/az/content/100 "Mineral sorbentlər" laboratoriyası https://kqkiamea.az/az/content/101
Elmi-yardımçı qurumlar "Elmi-informasıya və patent tədqiqatları" şöbəsi
"Elmi nəşrlər" şöbəsi "Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya" şöbəsi "Təhsil" şöbəsi "Fiziki-kimyəvi analiz" şöbəsi
Həmçinin bax Azərbaycan Milli Elmlər Akademiyası Dilqəm Tağıyev Konstantin Krasuski
İstinadlar
Xarici keçidlər Аzərbaycan Milli Elmlər Akademiyası
Kateqoriya:Azərbaycan Elm və Təhsil Nazirliyinin institut və təşkilatları Kateqoriya:1935-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Milli Elmlər Akademiyası Kateqoriya:2002-ci ildə yaradılmış elmi-tədqiqat institutları