Serbiyada ermənilər — Serbiya ərazisində yaşayan erməni əsilli əhali. 2011-ci il siyahıya alınmasına görə Serbiyada 222 erməni yaşayır.

Tarixi Serbiya erməniləri haqqında ilk məlumat X əsrə aiddir. Artıq o dövrdə Bizans imperiyasının sərhədlərində, Makedoniya və Frakiyaya yaxın ərazilərdə ermənilərdən təşkil olunmuş ordulara aid yaşayış məskənləri vardıПогосян (Хахбакян) Г.Г. / К изучению памятников армянской архитектуры и топонимики в Сербии //Регион и мир. 2017. Т. VIII. № 1. С. 63-73.. Ermənilərin Serbiya ərazisində növbəti dəfə adları 1218-ci ildə Serbiya Provaslav kilsəsinin birinci arxiyepiskopu Müqəddəs Savanın erməniləri monastır tikintisinə dəvət etməsi ilə əlaqədardır. Savva erməni arxitekturası ilə tanış olmuş və heyranlığı səbəbindən məhs erməni ustalarını dəvət etmişdir. Ermənilər Vitovisa monastırını inşa etməli idilər. Bu gündə kilsənin kitabəsində erməni və serb dilində yazılar qorunur. thumb|right|300px Osmanlıların avropa fəthləri zamanı türk ordusunun tərkibində erməni əsgərlər də olmuşdur. Ancaq ermənilər adətləri üzrə osmanlı ordusuna dönük çıxaraq serb tərəfə keçmişlər. Kosovo döyüşündən sonra Sokobanya dağlarına sığınmış ermənilər ermençiç kilsəsini qurmuşlar.

Tanınmış türk səyyahı olan Övliya Çələbi Serbiyada olarkən Ujise rayonujnda ermənilərin yaşadığını vurğulamışdır ELEMENTS OF ETHNIC IDENTIFICATION OF THE SERBS

Ermənilərə aid qəbrstanlıq Belqrad qalasında yerləşir. Burada yalnız bir neçə qəbr ideal şəkildə günümüzə gəlib çatmışdır.

1880-ci ildə Kemah şəhərindən olan tacir ermənilər Bolevoda məskən salmışlar. onlar arasında erməni terorçesu olan Soqomon Teyliryanın atasıda olmuşdur Resistance and Revenge: The Armenian Assassination of the Turkish Leaders Responsible for the 1915 Massacres and Deportations Bölgənin erməni əhalisi İkinci Dünya müharibəsi zamanı Şimali Amerika və Fransaya köç etmişdir.

1746-ci ildə Novi-Sad şəhərindəErməni Katolik kilsəsinə aid monastır inşa edilmişdir. Kilsə 1963-cü ildə sökülmüşdür.

Ermənistan və Serbiya arasında diplomatik əlaqələr 1992-ci ildə təşkil edilmişdir. Errmənistan Yunanıstandakı səfirliyi həm də Serbiya dövlətində nümayəndə funksiyasını daşıyır. Serbiyada başda Qoar Arutunyan-Sekuliç olmaqla «Armenka» adlı iştimai təşkilat fəaliyyət göstərir.

28 iyul 2009-cu ildə Boris Tadiç Ermənistanda rəsmi səfərdə olmuşdur. Prezidentlər dini, mədəni və iqtisadi əlaqələri inkişaf etdirməyi qarşıya hədəf qoymuşlar. Ermənistan qismən tanınmış Kosovo Respublikasını tanımır və onu Serbiya ərazisi hesab edir Mənbə Pecat.co.rs, BABKEN SIMONJAN Jermeni i Srbi su braća po stradanju, avgust 26, 2010 Serbiya ermənilər XIII-XX əsrlər İstinadlar

Kateqoriya:Serbiyada yaşayan etnik qruplar Kateqoriya:Yaşadıqları ölkələrə görə ermənilər