Mario Yepes (. 13 yanvar 1976; Kali, Kolumbiya) — Kolumbiyalı futbolçu. Hal hazırda "Atalanta" komandasında oynayır .

Karyerası

Klub karyerası 1994-cü ildə Kortuala komandasında peşəkar olan Yepes, həmin vaxtdan etibarən müdafiəçidir. 1997-ci ildə Deportivo Kali komandasına transfer oldu. 1998–1999 Kolumbiya liqasında çempion oldu. 1999-cu ildə Argentina komandalarından olan River Pleyt komandasına transfer oldu. 1999–2000-ci illərdə Argentina liqası çempionu olan Yepes, 2002-ci ildə Fransa komandası olan Nant komandasına transfer oldu. Həmin il Marioya "Rey" ləqəbi verildi. Nant komandasında olan uğuru ilə 2004-cü ildə Pari Sen-Jermen komandasına transfer oldu və "Super Mario" ləqəbini qazandı. 2008-ci ildə İtaliyanın komandası olan Kevo komandasına transfer oldu. 2010-cu ilin mart ayında keçmiş komanda dostu Serco Pellise, Yepesin Milan komandasına transfer olduğunu açıqladı.

1 avqust 2010-cu ildə Milan komandasının prezidenti Adriano Qallianinin istəyi ilə müqavilə imzaladı və futbolu buraxan Cuzeppe Favallinin yerinə keçdi. Yepes Milan komandasında oynadığı zaman ilk qolunu 23 oktyabr 2011 tarixində Lecce komndası ilə olan qarşılaşmasında atdı. Həmin oyunda 4–3 qalib olmuşdurlar.

Milli komanda karyerası Yepes Kolumbiya milli futbol komandasının formasını 1999-cu ildən geyinir. Kolumbiya milli futbol komandasının 1999 Amerika Kuboku, 2001 Amerika Kuboku, 2003 FİFA Konfederasiyalar Kuboku, Amerika Kuboku 2007 heyətlərində iştirak edib. 2001 Amerika Kubokunda çempion olan Yepes, 2003 FİFA Konfederasiyalar Kubokunda milli forması ilə dördüncü yer tutub. 82 dəfə forma geyinib və 4 qol atıb. Hal-hazırda Kolumbiya milli futbol komandasının rəhbəridir .

Milli komanda qolları Tarix Yer Rəqib Hesab Nəticə Turnir 20 iyun 2003 Jerlan stadionu, Lion, Fransa 2–1 3–1 2003 FİFA Konfederasiyalar Kuboku 17 noyabr 2004 Kolumbiya 1–0 1–0 2006 FİFA Dünya Kuboku 31 may 2005 Cint stadionu, ABŞ 1–2 2–3 Hazırlıq oyunu 23 iyun 2007 Kolumbiya 2–1 3–1 Hazırlıq oyunu

İstinadlar

Xarici keçidlər AC Milan Profili Assocalciatori.it Profili LFP Profili National-Football-Teams.com'da yer alan Mario Yepes profili FİFA.comda Mario Yepes ESPN Profili

Kateqoriya:Kolumbiya futbolçuları Kateqoriya:Kolumbiya milli futbol komandası futbolçuları Kateqoriya:Nant FK futbolçuları Kateqoriya:1976-cı ildə doğulanlar Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Kolumbiyanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:Kyevo FK futbolçuları Kateqoriya:Legioner Kolumbiya futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:River Pleyt FK futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:2003 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2011 Kopa Amerika futbolçuları Kateqoriya:San Lorenso FK futbolçuları