Burundi krallığı () və ya Urundi krallığı () — Afrika qitəsinin şərq hissəsindəki Böyük göllər regionunda, müasir Burundi Respublikası ərazisində yerləşən tarixi dövlət. Krallıq əhalisinin əksəriyyətinin hutulardan ibarət olmasına baxmayaraq, tutsi etnik qrupunun üzvü olan və "mnami" titulunu daşıyan bir monarx tərəfindən idarə edilirdi. Əsası XVII əsrdə qoyulan krallıq 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası, 1916-cı ildə isə Ruanda-Urundi adı altında Belçika tərəfindən idarə olunan Millətlər Liqasının mandat ərazisi olmuşdur. 1962-ci ildə Burundi krallığı konstitusiyalı monarxiya olaraq öz müstəqilliyini yenidən əldə etmiş, 1966-cı ilin noyabr ayında baş verən dövlət çevrilişi nəticəsində isə monarxiya ləğv olunmuşdur.
Tarixi Burundi krallığının yaranma tarixi naməlum olsa da, güman edilir ki, krallığın əsası XVII əsrdə — tutsilərin əksəriyyəti təşkil edən hutulara qarşı dominantlıq qazandığı dövrdə qoyulmuşdur. "Mnami" I Ntare ( 1675–1705) hakimiyyəti dövründə krallığın ərazisi böyümüş, qonşu politiyaların əraziləri zəbt edilmişdir. Monarx tərəfindən idarə olunmasına baxmyaraq, krallıq əhəmiyyətli dərəcədə demərkəzləşdirilmişdi və yerli alt-hakimlər böyük müstəqilliyə malik idi. Avropa müstəmləkəçilərinin əraziyə gəlməsindən əvvəl varislik mübarizəsi adi hal idi.
Burundi krallığı 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası olmuşdur, halbuki səmərəli şəkildə müstəmləkəçi bir qüvvə tərəfindən idarə edilmirdi. Birinci Dünya müharibəsi zamanı Belçika qoşunları regiona hücum edib, işğal etmişdilər. 1919-cu ildəki Versal sülh müqaviləsinin nəticəsində Burundi və qonşu Ruanda krallığı Millətlər Liqasının mandat ərazisi elan edilmiş və Belçikanın idarəetməsinə verilmişdir.
Monarxlar
Xatirəsi Kral ailəsinin əksər üzvləri hazırda Fransada yaşayır. 2005-ci ildə keçirilən prezident seçkilərində Burundidəki monarxiya və dialoqun bərpası üçün partiyanın ("Abahuza") sədri şahzadə Estyer Kamatari prezidentlik üçün namizəd olmuşdur. Onun siyasi tərəfdarları konstitusiyalı monarxiyanın bərpası etnik qruplar arasındakı gərginliyi azaldacağını iddia edirlər.
Krallığın bayrağının mərkəzində kral hakimiyyətinin rəmzi olan bir karyenda — qara rəngli nağaraya bənzər ənənəvi musiqi aləti var idi.
Simvollar
Həmçinin bax Burundi tarixi Tutsilərin soyqırımı
Kateqoriya:Soyuq müharibənin tarixi dövlətləri Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:Burundi tarixi Kateqoriya:Krallıqlar