Novruzəli Xanməmməd oğlu Məmmədov () — Azərbaycan filoloqu, filologiya elmləri namizədi, pedaqoji elmlər doktoru, professor.
Fəaliyyatı Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Azərbaycanın Astara rayonu, Ərçivan kəndində anadan olub. Azərbaycan Xarici Dillər Universitetində ingilis filoloqiyası fakültəsini bitirmişdir.
1989–1992-ci illərdə Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, 1992 ildən "Tolışi sədo" qəzetində baş redaktorun müavini, 2001 ildən qəzetin baş redaktoru və eyni zamanda AMEA Nəsimi adına Dilçilik İnstitutun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Təhsil Nazirliyi milli azlıqların dilləri üzrə tədris-metodik şurasının və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanındakı milli sualı üzrə ictimai şurasının üzvü seçilmişdir.
Novruzəli Məmmədov Azərbaycanın yeganə talışşünas-dialektoloqu olub. Bir sıra kitab, elmi məqalə və dərsliklərin müəllifi idi. Azərbaycan və talış dillərinin münasibətinə həsr edilmiş bir neçə monoqrafiyaların müəllifi olub.
24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə istintaq orqanının ona təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum etdi.
17 avqust 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə vəfat etmişdir.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:10 martda doğulanlar Kateqoriya:1942-ci ildə doğulanlar Kateqoriya:Astara rayonunda doğulanlar Kateqoriya:17 avqustda vəfat edənlər Kateqoriya:2009-cu ildə vəfat edənlər Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycanda insan hüquqları pozuntuları Kateqoriya:Azərbaycanlı şiə müsəlmanları