thumb|Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun 1918-ci ildən Aprel işğalına qədərki dövrdə keçirdiyi döyüş əməliyyatları nəzərdə tutulur. Bu döyüş əməliyyatlarının bir qismi Qafqaz İslam Ordusu ilə birlikdə, digərləri isə yalnız Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun iştirakı ilə reallaşdırılıb.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Bakı, 2004.On the Religious Frontier: Tsarist Russia and Islam in the Caucasus by Firouzeh Mostashari P. 144Ethnic Nationalism and the Fall of Empires by Aviel Roshwald, page 100
Arxa fon 1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. 1918-ci ilin iyun ayında hökumət Gəncəyə köçdü və məqsədinin Bakını işğaldan azad etmək olduğunu elan etdi. Bu dövrdə isə Bakıda hakimiyyətdə daşnak-bolşevik Bakı Soveti idi.
Daşnak-bolşeviklərin qərb yürüşü thumb|Fətəli xan Xoyski Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Türklərin heyvanlarını və yeyəcək-içəcəklərini əllərindən aldılar.
Hacıqabul stansiyasında toplanmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyundan etibarən Gəncəyə getmək üzrə yola çıxdı. Qızıl Ordu qüvvələrinin qarşısında gürcü və türklərdən ibarət kiçik bir hərbi dəstə vardı. Bu dəstəyə gürcü əsilli Maqalov komandirlik edirdi.M. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, Hərbi nəşriyyat, Bakı,1999, s.189 – 190 Birləşmiş qüvvələr 11 iyunda Sığır stansiyasını ələ keçirdi. Şaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını da xəbər almışdı. Gəncəli ermənilər isə o günlərdə türk əsgəri ilə toqquşma halındaydılar. Bakı Soveti komissarı lehinə olan bu durumdan faydalanmaq istəyirdi.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 37–38 Sığır stansiyasının ələ keçirilməsi Şaumyanı son dərəcə ümidləndirdi. Leninə göndərdiyi teleqrafda hadisəni anladarkən belə demişdi:
"Hərbi qüvvələrimizin ön qüvvələri 11 iyunda Sığır stansiyasını işğal etmişdir. Kəşfiyyat qolumuz isə Kərrar stansiyası yaxınlarında top atəşinə tutulmuşdur. Hərbi qüvvələrimiz irəli hərəkət etməkdədir".Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 191 thumb|Göyçay döyüşünün planı
Kürdəmirin işğalı Qızıl Ordu hərbi qüvvələrindən birinci qol Bakı – Hacıqabul dəmir yolu boyunca qərbə doğru irəliləyərək Müsüslü stansiyasına qədər olan bölgəni nəzarət altına aldı. Digər qol isə Hacıqabuldan keçərək Kürdəmir şəhərinin önlərinə çatdı. Bölgədəki Qızıl Ordu qüvvələri burada toplanaraq, Gəncədən təxminən 150 kilometr uzaqlıqda olan Kürdəmir üzərinə hərəkət etdi. Şəhəri müdafiə etməyə çalışan Azərbaycan türklərindən ibarət milis qüvvələrinin müqaviməti bir nəticə vermədi. Qızıl Ordu qüvvələri Kürdəmir ilə buradakı stansiyanı nəzarət altına aldılar. Kürdəmirdəki bolşevik qüvvələri tam mövcudlu iki piyada taboru ilə bir dəmir yolu bölüyü, iki batareya səhra topu və bir qaubitsa batareyasından ibarət idi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
Kürdəmirin düşmən qüvvələrinin əlinə keçməsi Gəncə üçün böyük təhlükə ərz edirdi. Çünki dəmiryolu boyunca irəliləyərək Yevlaxa çatmaları halında Kür çayı üzərindəki körpünü nəzarət altına alıb, Gəncə yolunu kəsmələri hər an mümkün idi. Bu da Qafqaz İslam Ordusunun şərq istiqamətində Bakıya doğru irəliləməsinə qarşı ciddi bir əngəl törədə bilərdi. thumb|Bakı Xalq Komissarları Sovetinin rəhbəri Stepan Şaumyan
Şamaxı, Ağsu, İsmayıllının işğalı Bolşeviklərin üçüncü qolu da Bakının şimalından hərəkət etdi. Bakı-Gəncə yolu boyunca şimal-qərb istiqamətində irəliləyərək Mərəzə və Şamaxıya daxil oldular. Bico kəndində kənd əhalisinin 400 nəfərlik erməni hərbçilərini darmadağın edərək Bico dərəsində qırması on illər boyu yaddaşlardan silinmədi.Azərbaycan Respublikası Milli Dövlət Arxiv Fondu 1061, q. 3. vər. 19. həmçinin bax: AMEA-nın 1990-cı il "Tarix-Fəlsəfə-Hüquq" seriyası, №1; həmçinin bax: Seyfəddin Qəniyev "1918-ci il Şamaxı soyqırımı, I kitab" Bakı, "Nurlar" nəşriyyatı-2003" 152 S. S. 22 Bicoda Pirəmsaq döyüşündə gözləmədikləri halda aldıqları bu ağır zərbədən hiddətlənən erməni-bolşevik birləşmələri Biconun üzərinə daha böyük qüvvə ilə gəldi."Azərbaycan" qəzeti, 02 aprel 2013-cü il, №67 (6342) S.4 Bundan xəbər tutan kənd əhalisi Ağsu, sonra da Göyçay istiqamətinə köçməyə məcbur oldu. Biconu yandırdıqdan sonra Ağsu qəsəbəsini işğal etdilər. Daha irəlidə olan Qaraməryəm və qərbdəki Bığır kəndi və ətrafını işğal və talan etməyə başladılar. Qafqaz Qızıl Ordu qüvvələrinin 1-ci və 3-cü diviziyaları Qaraməryəmin şimalında yerləşən İsmayıllı və ətrafındakı qəsəbə və kəndləri də ələ keçirmişdi. Qızıl Ordunun 3-cü diviziyaya bağlı qüvvələri 16 iyun səhəri bölgədəki Azərbaycan və Dağıstan türkləri ilə gürcülərdən ibarət milislərə qarşı hücuma keçdilər. İsti bir havada yeddi saat davam edən qanlı vuruşmanın sonunda say və silah baxımından üstün olan düşmən qarşısında dayana bilməyən bu türk birliyi Göyçaya geri çəkilmək məcburiyyətində qaldı. Qızıl Ordu qüvvələri bölgədəki erməni və rus kəndlərindən də gücləndirici qüvvə, silah, yemək və su təmin etməyə başladılar.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 38
Qaraməryəm döyüşü
Döyüşün əvvəlləri 1918-ci il iyunun 16-da səhər saat 9-da başlayan döyüşdə Qafqaz Qırmızı Ordusunun 3-cü briqadasının qüvvələri azərbaycanlılardan, gürcü və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Türk hərbi qüvvələri bölgəyə gəlib çatmadığından Qaraməryəm ətrafında dayanan müdafiə dəstələri qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qaldılar və bolşevik-daşnak qoşunları Qaraməryəmi ələ keçirdilər. thumb|Osmanlı hərbiyyə naziri və Baş Komandan Vəkili Ənvər Paşa
Döyüşün gedişi İyunun 18-də bölgəyə yetişmiş 5-ci Qafqaz fırqəsinin (diviziyasının) 10-cu alayı da döyüşə qoşuldu. Lakin döyüş hazırlığı görülmədiyindən və əməliyyat planı istər diviziya, istərsə də ordu komandanlığı ilə razılaşdırılmadığından, nəticə uğursuz oldu. Göstərilən bütün cəhdlər boşa çıxdı. Daşnak Hamazaspın başçılıq etdiyi 3-cü briqadanın hissələri isə, əksinə, Qaraməryəmdə daha da möhkəmləndilər və Göyçaya hücum etmək üçün əlverişli mövqelər ələ keçirdilər.
İlk döyüşlərin nəticələri Qafqaz İslam Ordusu komandanlığında ciddi təhlil olundu. Ordu komandanı Nuru paşa, Müsəlman korpusu komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz firqəsinin qərargah rəisi Rüşdü bəy vəziyyətlə daha yaxşı tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq və imkanları bütünlüklə səfərbər etmək məqsədilə cəbhə xəttinə gəldilər.
Nəticə Bakıya doğru uğurlu hücumların təşkil edilməsi üçün zəruri tədbirlər həyata keçirildi. Hər şeydən əvvəl, məhəlli komandanlıqlara azərbaycanlılardan ibarət silahlı dəstələrin təşkilini və Göyçay ətrafına göndərilməsini sürətləndirmək göstərişi verildi. Ağdaşdan 2 minlik silahlı dəstənin Göyçaya göndərilməsi qərara alındı. thumb|Cənub Qafqazda müharibə.
Azərbaycan Xalq Cümhuriyyəti və türk qüvvələrinin Bakıya doğru hücumu Qaraməryəm döyüşündən sonra Qafqaz İslam Ordusu rəhbərliyi cəbhəni geniş şəkildə nəzərdən keçirdilər. Yeni döyüş əməliyyatı planı hazırlandı.
Göyçay döyüşü
Birinci hücum Gəncədə yerləşən Türk Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı Qızıl Ordu qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, Qızıl Ordunun Azərbaycandan qovulması və ölkənin müstəqilliyini qazanması yolunda bir dönüm nöqtəsini təşkil etmişdi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558 thumb|Bakı döyüşünün planı 5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz alayı Qarakilsə – Dilican yolunu yeriyərək keçmiş və Qazax yaxınlığındakı Ağstafaya daxil olmuşdu. Bakıdan çıxıb şimaldan irəliləyən Qızıl Ordu qüvvələrinə qarşı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun bir yol gələrək Azərbaycan torpaqlarına yeni girmiş olmasına baxmayaraq, Mehmetçik dincəlməyə belə vaxt tapmadan Ağstafadan qatara mindirildi və Ucara göndərildi. Oradan da 15 iyunda Göyçaya çatdı. Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy komandanı ələ almaq üçün Müsüslü və Kürdəmir cəbhəsinə göndərildi. Yarbay Osman bəy komandasındakı 10-cu Qafqaz alayı isə Göyçaya çatdıqdan sonra Qaraməryəm qəsəbəsində olan Qızıl Ordunun qarşısında cəbhədəki yerini aldı. Osman bəy 10-cu alaya bağlı 30-cu taboru Sultankənd, Mollaishaqlı və Veysəlli kəndləri ətrafında olan erməni quldur dəstələrini bölgədən uzaqlaşdırmaqla vəzifələndirildi. 30-cu taborun şiddətli hücumu nəticəsində erməni dəstələri Qalakər kəndinə doğru qaçdı.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 33–35–38
Müsüslüdə olan Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy Osman bəyə bolşevik qüvvələrinə qarşı bir kəşfiyyat hücumu aparması üçün təlimat verdi. Osman bəyin əmrinə görə 28-ci tabor Qaraməryəmin qərbindəki düşmən qüvvələrinə qarşı 17 iyunda hərəkətə keçdi. Yol boyu irəliləyən 28-ci tabor lazımi tədbirləri vaxtında almadığı üçün bolşeviklərin pusqusuna düşdü. Cəbhədən və yandan düşmən təcavüzünə uğradı. Bir an çaşqınlıq keçirdi və məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 44–45
Durumun təhlükəli bir hal aldığını görən Osman bəy 28-ci taboru yandan qorumaq üçün 30-cu taboru hərəkətə keçirdi, 29-cu taboru da yardıma göndərdi, ancaq son dərəcə dik vadilərin və təpələrin olduğu bölgədə bu qüvvələr də bolşevik qüvvələrin hücumuna uğradı. İki tərəfdən də mühasirəyə alınan 29-cu tabor olduqca qanlı müharibədən sonra Veysəlli kəndinə çəkilə bildi.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 45
Tərəflər gün boyunca isti havada aparılan bu müharibədə bir-birinə üstün gələ bilmədi və axşam qaranlıq düşdükdə vuruşmalara ara verdilər və mövqelərinə çəkildilər. Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı bu ilk ciddi savaşı Qaraməryəm yaxınlıqlarında uğursuzluqla nəticələndi. Qızıl Orduya bağlı 3-cü diviziyanın və onun başındakı Hamazaspın əhvalı isə olduqca yüksəlmişdi. Beləcə işğal altındakı Qaraməryəmdə daha da gücləndilər və Göyçaya hücum üçün bəzi önəmli mövqeləri ələ keçirdilər.
10-cu Qafqaz alayı komandiri kurmay yarbay Osman bəyə, düşmənin Göyçay üzərinə yeriməsini əngəlləmək üçün Qaraməryəm yaxınlıqlarında onların başını qatmaq vəzifəsi verilmişdi. Osman bəy Gəncədən gələcək əsl qüvvələrin cəbhəyə çatmasını gözləməmişdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu kurmay başkanı Nazim bəy ilə birlikdə öz təşəbbüsləri ilə komandan Nuru paşadan izin almadan Qızıl Ordu qüvvələrinə qarçı kəşfiyyat hücumu aparılmasına qərar vermişdilər. Bu ciddi müharibədə qabaqcıl kəşfiyyat qollarından istifadə etmədən və düşmənin gücü və mövqeləri haqqında kifayət qədər bilgi toplamadan yürüş etmişdilər. Hücum anında ehtiyat qüvvələri də buraxılmamışdı. Bütün bunlarla bərabər, türk ordusunun bu cür savaşlarda sıx istifadə etdiyi yandan hücum və düşmən arxasına uzanma taktikaları da tətbiq olunmamışdı.
Qızıl Ordunun 28-ci tabora qarşı tətbiq etdiyi pusqu və cəbhə hücumu qarşısında alınan uğursuzluq, 10-cu alayda böyük çaşqınlığa yol açdı.