Hacıman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.315.

İstinadlar

Kateqoriya:Ağsu rayonunun kəndləri