Ultrasəs aşağıtezlikli disperqator — motor yağlarıının özlülük stabilliyinin təyini üçündür.

Motor yağlarıının özlülük stabilliyinin təyini üsulu Motor yağlarıının özlülük stabilliyinin təyini üsulu — Yağın istismarı zamanı tərkibində olan polimer aşqarların mexaniki parçalanması (destruksiyası) səbəbindən özlülüyün nisbi aşağı düşməsini ultrasəs aşağıtezlikli disperqator qurğusunda səslənmədən sonra ГОСТ 6794–75 (bənd 3.6) üsulu ilə təyinidir.

Qurğu Ultrasəs aşağıtezlikli disperqator disperqatorunun komplektinə ultrasəsləndirici generator, 22 kHz və 44 kHz tezlikli eksponensial qatılaşdırıcı olan maqnit şüalandırıcıları, ştativ və reaksiya qabı daxildir.

Sınağa hazırlıq Reaksiya qabı Б-70 markalı benzinlə, toluol və ya aseton ilə yuyulur və qurudulur. Sonra Ultrasəs aşağıtezlikli disperqator – 2T generatoru işə salınır, şüalandırıcı köynəyə su verilir, 1 dəq. az olmayaraq lampaların qızması gözlənilir. Reaksiya qabına 15 sm3 yağ tökülür və ştativə bərkidilir, sonra termostat işə salınır, generatorda 22 kHz tezliyi qeyd edilir.

Sınağın aparılması "Müntəzəm tezlik" və "maqnitləşdirmə" variatorları ilə sınaq yağının maksimal kavitasiya səsinin rezonansına uyğun sistem quraşdırılır. Yağ 15 dəqiqə müddətində ultrasəs qurğusunda səsləndirilir. Səsləndirmə qurtardıqdan sonra yağın kinematik özlülüyü 1000 C-də ГОСТ-33–82-yə görə təyin edilir.

Nəticələrin işlənməsi Yağın özlülük stabilliyi — ultrasəsləndirici qurğuda səsləndirmədən sonra yağın özlülüyünün nisbi azalması (%-lə) aşağıdakı formul üzrə hesablanılır:

D=νt0 — νtτ / νt0 · 100

νt0 –yağın səsləndirmədən əvvəl kinematik özlülüyü, 500C, mm2/s νtτ — yağın səsləndirmədən sonra kinematik özlülüyü, 500C, mm2/s

Sınaq nəticəsi — iki paralel sınağın (aralarında icazəli fərq 2,5%-dən çox olmamaq şərti ilə) orta hesab qiyməti kimi qəbul edilir.

Mənbə ГОСТ 6794–75 (bənd 3.6). səh 211–212

Kateqoriya:Neft kimyası