Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə.
Haqqında Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub.
İlkin olaraq 3 may 2018-ci ildə zirvəyə marşrut açılıb. 25 may 2018-ci ildə isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib.
Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.
Burada yerləşdirilmiş büstün müəllifi əməkdar rəssam Azad Əliyevdir.
Turizmdə yeri Cümhuriyyət zirvəsi həm adının daşıdığı dəyər, həm də yüksəkliyi baxımından turistlərin diqqətini cəlb edir. Simvolik məna daşıdığı üçün may ayında bu zirvəyə təşkil olunmuş dağ yürüyüşlərinin sayında kəskin artış müşahidə olunur. Yürüş adətən Xınalıq kəndindən başlanğıc götürürCümhuriyyət Zirvəsi – Azərbaycan Dağçılıq Tarixində Yeni Səhifə. İstifadə tarixi: 27 aprel 2026..
Həmçinin bax Azərbaycan Respublikasında ən yüksək dağ zirvələri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Dağ zirvələri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsi