() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Xarici görünüşü Xarici görünüşcə Kiçik Asiya ərəbdovşanına bənzəyir, lakin ondan azca kiçikdir. Bədən uzunluğu 95-118 mm, dal pəncənin uzunluğu 48-56 mm, qulağın uzunluğu 43 mm-ə qədərdir. Çəkisi 73 q-dır. Bədənin bel hissəsi qonur-boz, qarın hissəsi isə ağ rəngdədir.

Yayılması Arealı Kiçik və Orta Asiyanın, İranın, Əfqanıstanın, Çinin və Cənubi Zaqafqaziyanın gilli və çınqıllı səhra, xam torpaqlarını və dağətəyi yamaclarını əhatə edir. Azərbaycanda əsas etibarilə Kür-Araz ovalığında, Abşeron yarımadasında, bəzən isə dağətəyi rayonlarda təsadüf olunur. Azərbaycanda iki yarımnövü qeyd edilmişdir: A.e.caucasicus – Naxçıvan MR-dan başqa respublikamızın hər yerində, A.e.aralychensis isə Naxçıvan MR-da yayılmışdır.

Həyat tərzi Yuvaları sadə olub, dərinliyi 60 sm-ə çatır. Yeraltı yolların uzunluğu 150 sm, eni isə 3-3,5 sm-ə qədərdir. Bala çıraxmaq üçün diametri 10 sm olan yuva hazırlayır. Yuvanı quru və yumşaq otlardan düzəldir.

Kiçik ərəbdovşanlarının əsas qidasını bitkilərin soğanacaqları, kökləri və yaşıl hissələri, həmçinin həşəratlar təşkil edir. Gizli həyat tərzi keçirir, ala-qaranlıq və gecə vaxtı fəaldır.

Arealının böyük hissəsində təqribən 4 ay qışlamaya gedir (noyabrın ortalarından martın ortalarına qədər), lakin Zaqafqaziyada qış yuxusuna getmir. Qış yuxusudan oyandıqdan sonra çoxalmağa başlayır. İl ərzində 2-3 dəfə olmaqla, 2-7 bala verir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Pakistan məməliləri Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:İran faunası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər