Elxan Allahverdiyev () — Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı (2018-ci ildən).

Həyatı Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-cı il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir.

Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır.

1998-ci ildən 2005-ci ilədək "Meridian" MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet" firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex" MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır.

Ailəsi Qardaşı Rövşən Allahverdiyev Kapital Bankın İdarə Heyətinin sədridir.

Siyasi fəaliyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

İstinadlar

Xarici keçidlər Elxan Allahverdiyev (arxivləşdirilib)

Kateqoriya:Binəqədi Rayon İcra Hakimiyyətinin başçıları