() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbii halda Cənubi Afrikanın, Avstraliyanın, Cənubi Amerikanın və Meksikanın quraqlıq ərazilərində yayılmışdır.

Botaniki xarakteristikası Düz dayanan, gövdəsi qaramtıl qabıqlıdır. Hündürlüyü 15 m-ə çatan, sallaq budaqlı və kobud boz qabığı olan, tez böyüyən, həmişəyaşıl, ikievli ağacdır. Yarpaqlarının uzunluğu 8-25 sm olub, lələkvari, 19-40 yarpaqcıqdan ibarətdir. Çiçəkləri salxımlarda yığılıb, qırmızı, ağ-sarı rəngli olur. Meyvələri yumru, diametri 5-7 mm, birtoxumludur, əvvəlcə yaşıl, sonra qırmızı, çəhrayı və ya al-qırmızı rəng alır. Meyvələri budaqların üzərində salxımlar əmələ gətirir. Qələmlərlə və toxumlarla çoxaldılır.

Ekologiyası Yumşaq şinus quraqlığadavamlı, uzunömürlü bitkidir. Bitki açıq günəşli sahələrdə yaxşı bitir.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində 1986-cı ildə introduksiya olunmuşdur. Abşeronda mədəni şəraitdə becərilir.

İstifadəsi Yumşaq şinusun qurudulmuş meyvələri ədviyyat kimi, təbabətdə diş ağrısında, revmatizm zamanı istifadə edilir. Ancaq meyvələri və toxumları heyvanlar üçün zəhərlidir. Meyvələri içkilərdə istifadə edilir. Bitkinin bütün hissələrində efir yağları vardır və xalq təbabətində büzüşdürücü, antibakterial maddə kimi istifadə edilir, yaranı sağaldır, qan təzyiqini aşağı endirir, qanaxmanı saxlayır.

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Peru ağacları