Xatınbəyli — Azərbaycan Respublikasının Ağdərə rayonunun Xatınbəyli kənd inzibati ərazi dairəsində kənd.

Tarix Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Xatınbəyli kənd Soveti yaradılmış və Xatınbəyli kəndi Manikli kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.

1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xatınbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Xatınbəyli kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağdərə rayonunun kəndləri