Qarabağ bəylərbəyliyi və ya Gəncə bəylərbəyliyi — Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasındakı 3 Azərbaycan mərkəzindən biri idi.Nafziger, E. Wayne, Frances Stewart, and Raimo Väyrynen (eds), War, Hunger, and Displacement: Volume 2, WIDER Studies in Development Economics (Oxford, 2000; online edn, Oxford Academic, 3 Oct. 2011), https://doi.org/10.1093/acprof:oso/9780198297406.001.0001, accessed 6 Apr. 2024. page 406
Tarixi
thumb|right|300px|Qarabağ bəylərbəyliyi Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Bəylərbəylik doqquz mahal və iki ölkəyə bölünürdü.
Qarabağ bəylərbəyliyin mahalları Zəyəm mahalı — Hazırkı Şəmkir rayonunun Zəyəm (Şəmkir) ərazisində yerləşib. Bərgüşad mahalı — Hazırkı Qubadlı rayonunun ərazisində yerləşib. Pəmbək mahalı Loru mahalı — Hazırkı Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonunun ərazisində yerləşib. Qaraağac mahalı — Hazırkı Ağdam və Ağcabədi ərazisində yerləşib. Axıstabad mahalı — Hazırkı Ağstafa rayonu ərazisində yerləşib.
Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000. Səh.4
Qarabağ bəylərbəyliyinin geniş əraziyə malik olmasını görkəmli sovet şərqşünası İ. P. Petruşevski də təsdiq edir. "İrsiyyətə keçən bəyərbəyliklərdən ən səciyyəvi nümunə Ziyad oğlu sülaləsinin hakimiyyəti altında olan Qarabağ bəylərbəyliyidir. Onlar Qızılbaş Qacar tayfasının Ziyəddin oymağından idilər. Həmin bəylərbəylik XVI əsrin birinci yarısından başlayaraq 300 ilə yaxın Ziyad oğlu sülaləsinin hakimiyyəti altında olmuşlar."
Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi xristian məlikliyi yaradılmışdı. Erməni müəllifləri və onların digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyinin rolunu şişirtməyə, hər bir məlikliyi az qala "erməni milli dövlətçiliyi"nin nümunəsi, "əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan, yaşadan" qurum, knyazlıq və s. kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar. Məsələn: erməni tarixçisi A. R. İoannisyan Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi "tarixi Ermənistan ərazisi" adlandırmaqla yanaşı, Nadir şah dövründə Qarabağ ərazisində olan xristian məlikləri "faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar" kimi təsvir etmişdir.
İlk olaraq məliklərin özləri haqda: XIX əsr Qarabağ salnaməçilərinin məlumatlarına fikir verək. Mirzə Adıgözəl bəy Qarabağiyə görə, Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardı. Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verilmişdi. Dizaq məliyi Yeqan – Loridən, Vərəndə məliyi Şahnəzər – Göycədən, Çiləbörd məliyi Allahqulu- Mağavizdən, Gülüstan (Talış) məliyi Usub – Şirvandan gəlmədirlər. Bu məlikliklərdən yalnız birinin – Xaçının məlikləri Həsən Cəlalyan övladıdır. Digər "Qarabağnamə" müəllifləri də eyni faktı təsdiq edir. Hətta, əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir. Dövrün digər bir mənbəsində "Təzkirət-əl-mülk"də Qarabağ məliklərinin adları yoxdur. Bu onunla izah oluna bilər ki, …bu məlikliklər "ölkə"yə nisbətən daha xırda feodal mülkləri idilər, ikincisi məlikliklər XVII–XVIII əsrdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların irsi mülklər kimi statusu hələ tam tanınmırdı".
Qarabağın xristian məlikliklərinin əhalisi haqqında: erməni tarixçilərinin və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə belə bir fikir yeridilməkdədir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən ibarət olmuşdur. Məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktubdan aydın olur ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban adlandırmışlar.
İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI–XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Bu müharibələrdə hər bir məqamdan məharətlə istifadə edən ermənilər yeni-yeni Azərbaycan torpaqlarını osmanlılardan satın almışlar. H. Məmmədov İbrahim Rəhimizadənin "Gəncineyi-fəthi-Gəncə" əsərinə istinadən göstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə qədə insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu tamamilə onları məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətini bildirdilər və bunun müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni torpaqlar da aldılar.
Qarabağ bəylərbəyliyi və Ziyadoğlu-Qacarlar Ziyadoğlu-Qacarlardan qabaq Qarabağı kimlər idarə edirdilər? Tarixi qaynaqların əksəriyyətində bu barədə müfəssəl informasiyaya rast gəlmək mümkün olmasa da, 1675–1676-cı illərdə (hicri 1086-cı il) naməlum azərbaycanlı müəllif tərəfindən qələmə alınmış "Tarix-i aləmara-yi Şah İsmayıl" ("Şah İsmayılın dünyanı bəzəyən tarixi") adlı əsərdəki məlumatlar bu məsələyə aydınlıq gətirməyə kömək edir.
thumb|right|150px |I Şah İsmayıl Səfəvi Farsca yazılmış bu qiymətli tarixi mənbədə Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın (1501–1524) hərbi-siyasi fəaliyyəti ətraflı surətdə təsvir edilmişdir.Musalı N. Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin yaradılması və onun inzibati quruluşu. // "Qarabağ Dünən Bu Gün və Sabah" V Elmi-əməli konfransın materialları. Bakı, 2006, s. 166.
Anonim müəllif, İraqi-ərəbin qızılbaş ordusu tərəfindən fəthi və I Şah İsmayılın qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə edir ki, Xadim bəy Səfəvilər dövlətinin qurulması uğrunda gedən mübarizənin fəallarından olmuşdur. Şah İsmayıl bu mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif böyük vəzifələrə təyin etmişdi. Buna misallar sırasında anonim müəllif qeyd edir ki, Şah İsmayıl "Qarabağın və o sərhədin bəylərbəyliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi"Aləmara-ye Şah Esmail (ba moqəddeme-yo təshih-o təliq-e Əsğər Montəzer Saheb). Tehran, 1349, s. 170.
Səfəvilər dövləti dönəmində, Qarabağın ilk bəylərbəyi olmuşdu.
I Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyliyi ilk vaxtlar Qara Piri bəy Qacar, daha sonra onun oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdi. Osmanlı müəllifi Heydər Çələbi öz "Rüznamə"sində Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın da adını çəkirSümer F. "Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü". Ankara, 1976, s. 37. thumb|161x161px|I Şah Təhmasib (miniatür) I Şah Təhmasib Səfəviinin (1524–1576) dövründən Qarabağ bəylərbəyliyinə Qacar elinin Ziyadoğlu oymağının nümayəndələri başçılıq edirdilər. Bəylərbəyliklər rəsmən mərkəzi dövlətə tabe hesab edilsələr də, əslində yarımüstəqil vəziyyətdə olub, bir növ dövlət daxilində dövlət idilər.
Qacarlar Qarabağın köklü sakinləri idilər. Tanınmış Azərbaycan tarixçisi İskəndər bəy Türkman Münşi (1560–1634) özünün məşhur "Tarixi aləm-arayi-Abbasi" adlı əsərində yazırdı: "Qarabağ qışlaqları və yaylaqları, təmiz havası və sıx ormanları olan ən gözəl bir diyardır. Qarabağın ən qədim əhalisi qacarlar və onlara qohum olan tayfalar burda gözəl bağlar salmışlar."
Qarabağ bəylərbəylərindən biri də Kəmaləddin Şahverdi sultan Ümmət bəy oğlu Ziyadoğlu-Qacardır. I Şah Təhmasib Səfəvi (1524–1578) 1551-ci ildə Şahverdi sultanı Qarabağa hakim təyin etdi. Şahverdi sultan Qarabağ qoşununun başında Qızılbaşlar məmləkəti tərəfindən bir çox savaşlara qatılmışdı.
1537-ci ildə Şahverdi xan öz qüvvələri ilə Qəndəhar yürüşünə qatılmış və bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak etmişdi. Görünür, bu dövrdə Şahverdi Sultan Qarabağ bəylərbəyi olmuşdu. Çünki, 1552-ci ildə Ərzurumda Osmanlı hakimi İsgəndər paşaya qarşı döyüşdə o, Qarabağ bəylərbəyi kimi xatırlanmışdıEfendiev O. A. Azerbaydjanskoe qosudarstva Sefevidov. . , s. 93.
O, 1558-ci ildə qiyamçı Kartli valisi Lauraspı (1534–1558) öldürdü. Lauraspdan sonra təyin edilən vali Simon (1558–1560) tez-tez asilik etdiyindən, ayağını cızıqdan kənara qoyan kimi şahın əmri ilə Şahverdi sultan tərəfindən cəzalandırılır, qulaqburması alırdı. Tiflis hakimi Georgi Dadiani (1548–1582) Qarabağ bəylərbəyinin nəzarəti altında idi. Azğınlıq eşqinə düşən kimi Şahverdi sultan qoşunla Tiflisə gəlirdi.
1547-ci ilin əvvəllərində Gürcüstan səfərindən dönən Şah Təhmasib Yevlaxda dayanmışdı. O. Əfəndiyev "Xülasət ət- təvarixin" verdiyi məlumata əsaslanaraq yazır ki, Gürcüstan yürüşündən qayıdan zaman Şah Təhmasib Şahverdi sultan Ziyadoğlu-Qacarın evinə düşmüşdü. Buradan o, Şirvanda üsyan qaldırmış olan Əlqas mirzəyə qarşı Şahverdi Sultan Ziyadoğlunu digər əmirlərlə birlikdə göndərmişdiEfendiev O. A. Azerbaydjanskoe qosudarstva Sefevidov v XVI v. B. , 1981, s. 84.
Kəmaləddin Şahverdi sultan 1568-ci ildə vəfat etdi. Şahverdi sultanın oğlu Ibrahim sultan atasının yerinə xan ünvanı ilə bəylərbəyi təyin olundu. O, şahzadə Sultanəli mirzənin lələsi idi.
Ibrahim sultandan sonra Qarabağın bəylərbəyi Yusif xəlifə oldu. Yusif xəlifə gözünü açmağa macal tapmamış əmisioğlu Peykər sultan tərəfindən öldürüldü. II Şah Ismayıl Səfəvi 1577-ci ildə Peykər sultanı vəzifəsindən çıxarıb qorçusu Imamqulu bəy Yıva-Qacarı Qarabağa bəylərbəyi təyin etdi. Sultan ünvanı ilə bəylərbəyliyə başlayan İmamqulu bəy tez bir zamanda şahdan xanlıq fərmanı aldı. Hətta şahdan xahiş etdi ki, Ziyadoğlu oymağının nümayəndəsi Peykər sultanı Şirvana bəylərbəyi təyin etsin. Şah Imamqulu xanın xahişini yerinə yetirdi. İmamqulu xan Qızılbaşlar məmləkətinin ən ünlü sərkərdələrinin birinə çevrildi. Bir çox savaşlarda ad qazandı.
İmamqulu xan Qacar 1587-ci ildə vəfat etdi.
1587-ci ildə Qarabağın bəylərbəyi Hüseyn xan Ziyadoğlu-Qacar idi. 1588-ci ildə Məhəmməd xan Xəlil sultan oğlu Ziyadoğlu-Qacar Qarabağın bəylərbəyi təyin olundu. Məhəmməd xan 1616-cı ilə kimi, həlak olduğu çağa qədər Qarabağın bəylərbəyi olmuşdu. Mürşüdqulu xan atasının ölümündən sonra, 1616-cı ildə Qarabağın bəylərbəyi oldu. Onun hakimliyi çox çəkmədi. Qardaşı Məhəmmədqulu xan onu əvəz etdi. Məhəmmədqulu xan bir müddət bəylərbəyi olduqdan sonra I Şah Abbasın qəzəbinə tuş gəldi. Şah 1625-ci ildə onu çıxarıb Tiflis hakimi Davud xan Allahverdi xan oğlunu bəylərbəyi təyin etdi. Davud xan qulam olduğuna baxmayaraq, özündən çox razı idi. Məclisdə ədəb-ərkan tanımadığından, Şah Səfinin (1629–1642) acığına səbəb oldu. Şah onu saraydan qovdu. O da Qarabağı yağmalayıb, Osmanlı dövlətinə pənahlandı. Şah yenidən Məhəmmədqulu xanı bəylərbəyi təyin etdi.