İnfanta İzabella () () – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası.

13 may 1868-ci ildə İki Siciliya kralı II Ferdinandın oğlu Siciliyalı Getano ilə evləndi ancaq əri nikahdan 3 il sonra intihar etdi. Həm qardaşı XII Alfonso, həm də onun oğlu XIII Alfonsonun ilk illərində kral sarayında nüfuz sahibi olan İzabella qardaşı oğlunun devrilməsindən və İspaniyada respublika elan edilməsindən sonra inqilabçıların qalma təklifini qəbul etmədi və Fransaya sürgünə getdi. Ancaq Parisə gəldikdən bir neçə gün sonra vəfat etdi.

Qalereya

Mənbə Mateos Sainz de Medrano, Ricardo. Los Desconocidos Infantes de España. Thassalia, 1996. Rubio, María José. La Chata: La Infanta Isabel de Borbón y la Corona de España. Madrid, La Esfera de los Libros, 2003.

İstinadlar