Joze Ulisseş de Pinya Korreya i Silva (; ) — kabo-verdeli iş adamı və siyasətçi, 22 aprel 2016-cı ildən etibarən Kabo-Verde Baş naziri.
Demokratiya Uğrunda Hərəkat Partiyası 20 mart 2016-cı ildə təşkil olunmuş parlament seçkilərində qalib gəldi və o, Baş nazir vəzifəsinə başladı.https://web.archive.org/web/20161007223219/https://ulisses2016.com/#bio
Həyatı Silvia 1988-ci ildə Lissabon Texniki Universitetinin İqtisadiyyat və Biznes İdarəetmə fakültəsini bitirib.
Fəaliyyəti Silva fəaliyyətinə bank sektorunda başladı. 1989–1994-cü illərdə Kabo-Verde Bankında idarəetmə direktoru kimi çalışıb. Kabo-Verde Jan Piaje Universitetində müəllim kimi dərs deyib.
Silva Kabo-Verde hökumətində 1995–1998-ci illərdə Maliyyə məsələləri üzrə dövlət katibi və 1999–2001-ci illərdə Maliyyə Naziri vəzifələrində çalışıb. 2008-ci ildə Praia bələdiyyə başçısı seçildi və 2013-cü ildə yenidən bu vəzifəyə təyin olundu. Silva 2013-cü ildə DUH-ın Prezidenti oldu.
Silva eyni zamanda 2013-cü ildə APAALPŞB-in İcraçı Prezidenti kimi çalışıb.
Baş nazir fəaliyyəti 2016-cı ilin iyun ayında Silva və Maliyyə Naziri Olavo Korreyya Kabo-Verde iqtisadiyyatı mövzusunda Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüşdü. Bir neçə ay sonra, 2016-cı ilin sentyabrında Silva və hökumət üzvləri BVF ilə görüşərək 2016-cı il IV Maddə məsləhətləşməsini müzakirə etdilər.
Silva 2020-ci ilin fevralında səslərin 99%-i alaraq yenidən Demokratiya Uğrunda Hərəkat Partiyasının Prezidenti təyin edildi. O, 2021-ci il seçkilərində də partiyasından öz namizədliyini irəli sürdü və yenidən qazandı.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər