Qliserin turşusu – şəkər turşusu, qliserinin oksidləşməsi nəticəsində əmələ gələn üzvi karbon turşusudur.
Qliserin turşusunun duzları və efirlərinə qliseratlar deyilir. Biokimya Qliserin turşusunun bəzi fosfat törəmələri, məsələn, 2-fosfoqliserin turşusu, 3-fosfoqliserin turşusu, 1,3-bisfosfoqliserin turşusu və 2,3-bisfosfoqliserin turşusu, glikolizdə və digər metabolik yollarda ara maddələrdir . 3-fosfogliserin turşusu, serin (Ser, S) amin turşusunun biosintezində vacib bir molekuldur və bu da öz növbəsində sistein (Cys, C) və glisin (Gly, G) biosintezində istifadə oluna bilər.
Mənbə Reece, Jane B. Biology (неопр.). — 8th. - San Francisco, CA: Pearson, 2009. - С.168 - 169. - ISBN 978-0-8053-6844-4.
Kateqoriya:Oksiturşular