Uzuntala — Azərbaycan Respublikasının Zaqatala rayonunun Uzuntala kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Kənd rayon mərkəzindən 26 km cənubda, Katex çayının sağ sahilində yerləşir. Şimaldan Balakən rayonunun Qamış Tala, qərb tərəfdən Balakən rayonunun Püştətala, Qaracıl, Kortala, cənubdan və şərqdən Katex çayı ilə həmsərhəddir.Zaqatala Rayon İcra Hakimiyyəti: İcra hakimiyyəti—>Bələdiyyələr—>Uzuntala bələdiyyəsi
Kəndin ərazisi 622 hektardır.
Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 657 nəfərdir, milli tərkibcə əsasən avarlardan ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.
Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Uzuntala Bələdiyyəsi tərəfindən idarə olunur.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq və maldarlıqdır.
Mədəniyyəti Kənddə 1 orta məktəb, feldşer–mama məntəqəsi, klub, məscid, futbol meydançası, poçt, ATS vardır.
Tarixi abidələri Kənd XIX əsrdə tikilmiş məscid vardır.
Din Kənddə Uzuntala kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri