və ya digər adı ilə – Yaponiya şairi və buddist keşişi. Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir.

İlk illəri Cakurenin atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi. Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda Şunzey tərəfindən övladlığa götürülmüşdür. O, Şunzeyin davamçısı hesab olunurdu. Lakin Şunzeyin Nariie adlı bacarıqlı olmayan oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür.

Yaradıcılığı Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində). Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır. 1193-cü ildəki məşhur 600 raundluq poeziya müsabiqəsində Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir. Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri məşhur olmuşdur.

1201-ci ildə keçmiş imperator Qo-Toba tərəfindən qurulmuş Poeziya Bürosunun üzvü seçilmişdir. Digər 5 üzv isə "Şin Kokinşu" antologiyasının tərtibatçısı seçilmişdir. Lakin bir il sonra Cakuren ölmüşdür. Cakurenin Şunzey və Sadaie poeziya məktəbləri ilə yaxınlığı öz unikal stilinin ortaya çıxmasına səbəb olmuşdur. Şunzeyin "köhnə tərz, yeni şərh" neoklassik yanaşmasını və estetik idealını qəbul edən Cakuren dövrün ən tanınmış işlərini ortaya çıxarmışdır. Onun şeirləri tənhalıq atmosferi yaradır. Cakurenin 117 şeiri "Senzai Vakaşu" antologiyasından (1188) başlayaraq müxtəlif imperiya antologiyalarına daxil edilmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Fucivara klanı Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Yaponiya buddistləri