thumb|Baron Pyer de Kuberten|250px 260px|right Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi.
Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil.
1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. +Bandar tuan rumah Sukan OlimpikSukan Olimpik Musim PanasSukan Olimpik Musim SejukTahunOlimpiad ke-Bandar Tuan RumahNegara№Bandar Tuan RumahNegara1896IAthens (1)Yunani (1)1900IIParis (1)Perancis (1)1904IIISt. Louis, Missouri(1) (1)Amerika Syarikat (1)1906IntercalatedAthensYunani1908IVLondon (1)United Kingdom (1)1912VStockholm (1)Sweden (1)1916VI (2)Berlin Empayar Jerman1920VIIAntwerp (1)Belgium (1)1924VIIIParis (2)Perancis (2)IChamonix (1) Perancis (1)1928IXAmsterdam (1)Belanda (1)IISt Moritz (1) Switzerland (1)1932XLos Angeles, California(1)Amerika Syarikat (2)IIILake Placid, New York (1) Amerika Syarikat (1)1936XIBerlin (1)Jerman (1)IVGarmisch-Partenkirchen (1) Jerman (1)1940XII (3)Tokyo→Helsinki Jepun→ FinlandV (2)Sapporo→St Moritz→Garmisch-Partenkirchen Jepun→ Switzerland→ Jerman1944XIII (3)London United KingdomV (3)Cortina d'Ampezzo Itali1948XIVLondon (2)United Kingdom (2)VSt Moritz (2) Switzerland (2)1952XVHelsinki (1)Finland (1)VIOslo (1) Norway (1)1956XVIMelbourne (1) + Stockholm (2)(4)Australia (1) + Sweden (2)VIICortina d'Ampezzo (1) Itali (1)1960XVIIRome (1)Itali (1)VIIISquaw Valley, California (1) Amerika Syarikat (2)1964XVIIITokyo (1)Jepun (1)IXInnsbruck (1) Austria (1)1968XIXMexico City (1)Mexico (1)XGrenoble (1) Perancis (2)1972XXMunich (1)Jerman Barat (2)XISapporo (1) Jepun (1)1976XXIMontreal, Quebec (1)Kanada (1)XIIInnsbruck (2) Austria (2)1980XXIIMoscow (1)Kesatuan Soviet (1)XIIILake Placid, New York (2) Amerika Syarikat (3)1984XXIIILos Angeles, California (2)Amerika Syarikat (3)XIVSarajevo (1) Yugoslavia (1)1988XXIVSeoul (1)Korea Selatan (1)XVCalgary, Alberta (1) Kanada (1)1992XXVBarcelona (1)Sepanyol (1)XVIAlbertville (1) Perancis (3)1994XVIILillehammer (1) Norway (2)1996XXVIAtlanta, Georgia (1)Amerika Syarikat (4)1998XVIIINagano (1) Jepun (2)2000XXVIISydney (1)Australia (2)2002XIXSalt Lake City, Utah (1) Amerika Syarikat (4)2004XXVIIIAthens (2)Yunani (2)2006XXTurin (Torino) (1) Itali (2)2008XXIXBeijing (1) (5)China (1)2010XXIVancouver, British Columbia (1) Kanada (2)2012XXXLondon (3)United Kingdom (3)2014XXIISochi (1)Rusia (1)2016XXXIRio de Janeiro (1)Brazil (1)2018XXIIIPyeongchang (1)Korea Selatan (1)2021(6)XXXIITokyo (2)Jepun (2)2022XXIVBeijing (2)China (2)
Mahiyyəti Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı.
Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Qədim Yunanıstanda stadion, teatr və məbəd müqəddəs yer sayılmışdır. Burada iki şəhərdə Olimpiya və Delfidə hər 4 ildən bir xoş məramlı oyunlar keçirilirdi. Bu şəhərlərdə keçirilən oyunlardan əlavə, şer, mahnı, ədəbiyyat və incəsənət üzrə istedadlı şəxslər bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdirirdilər.
Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəmizə gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyub saxlamışdır. Olimpiya oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır.
Müasir Olimpiya oyunlarını bərpa edərkən baron Pyer de Kuberten olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman mübarizəsinin simvolu kimi qəbul etmişdir.
Tarixi Fransız pedaqoqu baron 'de Kubertenə qədər Olimpiya oyunlarının bərpası ilə məşğul olanlar olmuşdur. Məsələn, İtaliyanın görkəmli dövlət xadimi Mateo Palmiyer hələ intibah dövründə antik Olimpiya oyunlarının bərpası ilə məşğul olmuşdur. Sonrakı cəhdi ingilislərdən Robero Dovero və Jilberta Vesta (1703–1756) etmişlər. J. Vesta özünün doktorluq dissertasiyasını bu mövzuya həsr etmişdir.
1779-cu ildə Şimali Amerika konqresmeni U. Drayton yunan Olimp oyunlarının bərpası ilə bayramların keçirilməsini təklif etmişdir. XIX əsrin ortalarında tədqiqatçı doktor U. Bruksom beşnövçülük üzrə oyun keçirmişdir. 1793-cü ildə alman bədən tərbiyəsi nəzəriyyəsi üzrə mütəxəssis İohan Kristof, Fridrik Quts-Muts cəhdlər göstərmişlər. Yunanıstanda 1832-ci və 1858-ci illərdə də belə cəhdlər göstərilmişdir. Yunan ordusunun mayoru böyük enerjiyə malik E. Tsappas (1800–1859) Olimpiya oyunlarının bərpası ideyasını yunan Kralına təklif edir. O öz hesabına "Olimpiya" fondu yaradır. Kralın qərarı ilə təşkilat komitəsi yaradılır və 1859-cu ildə Afinada "Panellin Olimpiadası keçirilir. Olimpiya ideyalarının təbliğatçılarından A. Kuper, arxeoloq Ernest Kursius, alman B. Bazedov, K. Zaltsman, Q. Spenser, Q. Fitt, F. Yan, ingilis C. Lokk, Q. Kinqls, T. Arnold, fransiz J. J. Russo, D. Amoros, Q. Domen, isveç P. Linq, çex mütəxəssisi M. Tırş və başqaları bu sahədə böyük iş aparmışlar.
XIX əsrin axırlarında fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin öyrənilməsinin qərara almışlar. Məhz bu işi 1889-cu ildə P. Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, universitetlərdə, kolleclərdə, liseylərdə olur və xarici ölkələrdəki həmkarlarına məktublar yazır. O, əsasən, yunanların 1859–1889-cu illərdə keçirdikləri oyunları dərindən öyrənir. 1892-ci il noyabrın 25-də Fransaya qayıdır və Sorbon Universitetində özünün məşhur "Olimpiya renessans" adlı mühazirəsini oxuyur.
Yalnız XIX əsrin sonunda müasir Olimpiya hərəkatı salnaməsinə ilk sətirlər yazıldı. Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birlikləri yaradılması Fransanın ictimai xadimi Pyer dö Kubertenə Olimpiya oyunlarını canlandırmaq ideyasını həyata keçirməyə imkan verdi.
1894-cü ilin iyun ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması layihəsi ilə çıxış etdi. Təsis konqresi Kubertenin təklifini bəyəndi. Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Onun tərkibinə konqresdə iştirak edən ölkələrin (13 ölkənin) nümayəndələrindən fransız, yunan, ingilis, rus, isveç, amerikan, ispan və macarlar BOK-un yaradılmasına səs verdilər.
Təsis konqresi Kubertenin Olimpiya oyunlarının əsas prinsipləri, qayda və müddəalarının xartiyasını bəyəndi. Konqres Olimpiya oyunlarını antik ənənələr üzrə — dörd ildə bir dəfə keçirməyi qərara aldı. Kuberten müasir dövrün birinci Olimpiya oyunlarını 1900-cü ildə Parisdə keçirməyi təklif etdi. Hamı buna səs verdi. Lakin Yunanıstan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas Olimpiadanı altı il gözləməyərək ilk oyunları 1896-cı ildə keçirməyi təklif etdi."Qoy Paris oyunları 1900-cü ildə keçirsin. Məgər ellinlər torpağı, antik Olimpiadalar beşiyi Olimpiya oyunlarını bundan dörd il əvvəl keçirməyə layiq deyildirmi?" Təklif qəbul olundu. BOK-un ilk prezidenti D. Vikelas, baş katib isə Pyer de Kuberten seçildi. O, həm də 1896-cı ildən 1925-ci ilədək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur.
Beləliklə, I Olimpiya Xartiyası təsdiq olundu və I Olimpiya oyunlarının müddəti və keçirilmə yeri müəyyən edildi: 1896-cı il, Yunanıstanın paytaxtı Afina şəhəri.
23 iyun 1896-cı ildə konqresin axırıncı iş günü BOK-un II sessiyasında nümayəndələrə təqdim olundu ki, BOK-un I prezidenti, məşhur yunan şairi və ictimai xadimi Demetrios Vikelos öz səlahiyyətlərini bütünlüklə Olimpiya hərəkatının bərpasında daha böyük xidmətləri olan P. Kubertenə verir.
Qədim olimpiya oyunlarının yaranması
Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla tanrıların məkanı hesab olunurdu. Tanrıların burada keçirilən məclisi də Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapşırıqları daha yaxşı yerinə yetirmək üzrə keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır. Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfə e. ə. 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Olimpiya oyunları 5 gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi. Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar.
Müəyyən müddət keçdikdən sonra Ellada torpağında bütün hərbi əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilir.
Klassik dövr (e.ə. 5–4 əsrlər) Olimpiya oyunlarının proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), həmçinin incəsənət müsabiqələri və s. daxil idi.
Fəlsəfəsi Əsrlər keçməsinə baxmayaraq Olimpiya oyunları öz tərbiyəvi əhəmiyyətini itirməmişdir. Zevsin heykəlində qeyd edilmişdir: "Olimpiada qələbəsini pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar". Bu yarışlara ölkənin azad və ən layiqli vətəndaşları buraxılırdı. Hakimlər atletləri bu sözlərlə yarışa çıxarırdılar: "Əgər sən məşq etmisənsə və bu böyük yarışlarda iştirak etməyə layiqsənsə, onda mübarizəyə cəsarətlə başla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda dəhşətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarışa girmə və istədiyin tərəfə çıx get"
Bu fəlsəfi ideya insanları cəsarətə, qüdrətli olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırmışdır. Öz şəxsi mənafeyi, varlanmağı naminə yarışlarda iştirak edənlər ifşa olunur, onları qorxaq və bədbəxt adamlar adlandırırdılar. Yarışlar zamanı rəqiblə kobud rəftar etmək, bilərəkdən və ya təsadüfən onu öldürmək qəti qadağan idi, hakimləri ələ almaq istəyənləri isə ölüm gözləyirdi.
Qadınlar bu oyunlara nəinki iştirakçı, hətta tamaşaçı kimi də buraxılmırdı. Rəvayətə görə, tamaşaçılar arasında öz həyat yoldaşının paltarlarını geymiş Kallirpateria oğlu Olimpiya çempionu olduqda həyəcanını gizlədə bilməyərək stadiona atılmış və oğlunu qucaqlamışdır. Qadın həyəcandan yerişini və geydiyi paltarı unudur, başından papağı düşür, uzun hörükləri sallanır. Hakimlər və tamaşaçılar bunu görüb onun ölümünü tələb edirlər. Lakin Kallipaterianın atası Diaqor və oğlu müxtəlif vaxtlarda Olimpiya oyunlarının qalibləri olduqlarına görə onu bağışlamışdılar. Sonrakı illərdə elə qərar qəbul etmişdilər ki, idmançılar, məşqçilər və xidmətçilər yarış yerinə çılpaq gəlməli və mandatdan keçməli olmuşlar.