Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. Aşağı Surra bəylər, zadələr ismi ilə tanınır. "Surranın Quru Bəyləri" ifadəsidə məhz bura təkamül edir.
Coğrafiyası və iqlimi Kənd Salyan–Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir. Adanın təxmini sahəsi 8 hektardır və sıx meşə zolağı əmələ gətirib.
Əhalisi Kənddə 4338 nəfər əhali yaşayır (2009).
Tanınmış şəxsləri Vüqar Bağırov (1968–) — Rusiya alimi.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı və balıqçılıq təşkil edir. Əsasən, əkinçilik və maldarlıq sahələri daha çox inkişaf etmişdir. Kənddə suvarılan sahələr becərilir. Əkinçilikdə taxıl, pambıq və yonca əkini əsas yer tutur.
Təhsil Aşağı Surra kəndində təhsil yüksək inkişaf etmişdir. Kənddə Zabil Qabil oğlu Əsgərov adına kənd orta ümumtəhsil məktəbi və Eldar Abbasağa oğlu Rəhmanov adına əsas ümumtəhsil məktəbi yerləşir.
İstinadlar
Ədəbiyyat Firdovsi Tağıyev. Aşağı Surra kəndi. Bakı: "Mütərcim", 2017 </ref>Firdovsi Tağıyev - Aşağı Surra . sabahinfo.az, 21.02.2017
Həmçinin bax
Kateqoriya:Neftçala rayonunun kəndləri