Qıraq Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Qıraq Müşlan kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi həmin rayonun İçəri Müşlan kəndindən ayrılmış (qırağa çıxmış) ailələr saldlğına görə belə adlanmışdır.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Əhalisi

Tanınmışları Əfrayıl Hüseynov (1929–2009) — Polkovnik–leytenant.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri