Gümüşqaya () və ya Dəməşqiyyə — İranın Təbriz şəhərində tarixi məhəllə. Şəhərin azərbaycanlı sakinləri iddia edirlər ki, məhəllənin indiki adı keçmiş adının farslaşdırılmış variantıdır. Hal-hazırda Təbrizin 8-ci rayonunun bir hissəsidir. Şimaldan və şərqdən Meydançay ilə həmsərhəddir. Onun qərbində Behişti küçəsi, cənubunda isə Qarabaği xiyabanıdır.

Məhəllədə Çobani və Cəlairi əmirlərinin məzarları yerləşir. Bəzən bu məhəllə daha böyük olan Xiyavan məhəlləinin bir hissəsi hesab ediliir. Dəməşqiyyə küçəsi məhəllənin əsas küçəsidir.

Tarixi thumb|Sultan Əhməd Cəlairin divanından bir səhifə. Cünəyd Bağdadinin miniatürləri ilə bəzədilmiş bu nümunə, Elxanilər dövrünün şeir sənətinə və Bağdad-Təbriz miniatür məktəbinə aid parlaq bir örnəkdir. Dəməşqiyə məhəlləsinin adı Çobanilər sülaləsinin banisi olan Əmir Çobanın oğlu Dəməşq Xocanın adından götürülmüşdür. Keçmişdə bu məhəllədə Elxanlı hökmdarı Əbu Səid Bəhadır xanın həyat yoldaşı Bağdad Xatuna məxsus böyük bir bağ və saray olmuşdur. Bağdad Xatun bu bağı, sarayı və mədrəsəni qətlə yetirilmiş qardaşı Dəməşq Xacənin xatirəsinə və onu dəfn etmək üçün inşa etdirmişdi. Daha sonra məhəllə həmin bağın ətrafında genişlənmişdir. Dəməşqiyyə mədrəsəsi ətrafında formalaşmışdır. Mədrəsənin xəttatlığı Ustad və Tələbə Məscidi üzərində də işləmiş Abdullah Seyrəfi tərəfindən edilmişdir. Mədrəsə bir neçə çobani və cəlairi hökmdarlarının dəfn olunduğu qəbiristanlığın yanında yerləşirdi: Kiçik Həsən Məlik Əşrəf Diməşq xoca I Həsən Cəlayır Hüseyn Cəlayır Əhməd Cəlayır (həmçinin, onun anası) Tandu xatun (və ya digər adı ilə Döndü Xatun. 1411-1419-cu illərdə İraqdakı Cəlairiləri idarə etmişdir.) Vələd Cəlayır (d. 1411) Ələddövlə Cəlayır Şah Vəlid ibn Şeyx Əli ibn Sultan Üveys Sultan Alaa əl-Dövlə ibn Sultan Əhməd Sultan Əhmədin anası Sultan Əhmədin bacısı

Bu qəbiristanlıq 1970-ci illərdə Pəhləvi rejimi dövründə dağıldılmış və onun yerində 1978-ci ildə Əl-Zəhra Qızlar Liseyi tikilmişdir.

Dəməşq Xacənin bağının yerləşdiyi ərazi və onun yaxınlığında Cəlairi və Çobanilər sülaləsinə aid hökmdarların xarabalığa çevrilmiş türbələri və qədim qəbiristanlıq 20-ci əsrin əvvəllərinə əvvəllərinə qədər mövcud olmuşdur. Həccə gedən Hüseyn Kərbəlayi "Rəvzatül-cinən və cənnətül-cinən" adlı əsərində Dəməşqiyə məhəlləsini, onun tikililərini və orada dəfn olunan şəxsləri belə təsvir edir:

Şah Hüseyn təkiyəsinin yaxınlığında 'Dəməşqiyə' adlı məşhur bir bina yerləşir. Bu bina Əmir Çobanın qızı Bağdad Xatun tərəfindən tikilmişdir. Bağdad Xatun əvvəllər Cəlairi hökmdarı Əmir Şeyx Həsənin həyat yoldaşı olmuşdur. O, anası tərəfindən Sultan Məhəmməd Xudabəndənin bacısı qızı idi. Lakin bir müddət sonra Əmir Şeyx Həsən gözəllik və kamal baxımından tayı-bərabəri olmayan bu sevimli həyat yoldaşını boşamış və daha sonra Sultan Əbu Səid onunla evlənmişdir. Dəməşqiyə sarayı da məhz bu sultanın dövründə tikilib başa çatdırılmışdır. Bu saray hündürlüyü və əzəməti ilə seçilən bir tikili olub bəzi əmir və sultanların məzar yeri olmuşdur. Orada dəfn edilənlərdən biri Əmir Çobanın oğlu Dəməşq Xacədir ki, o, 727-ci hicri ilində Sultan Əbu Səidin əmri ilə Misir Xacə tərəfindən öldürülmüşdür. Həmçinin orada dəfn olunanlar arasında Sultan Üveysin oğlu Şeyx Həsən, onun qardaşları Sultan Hüseyn və öz qardaşını öldürmüş Sultan Əhməd də vardır.

Sultan Əhməd Cəlairinin Dəməşqiyə sarayında dəfn olunmasına dair bir beyt:

Bir yanda qardaşı və anası,

O biri yanda əqrəbaları və bacısı vardı.

Təbrizlilər onu torpağa tapşırdılar,

Ürəkləri param-parça halda evlərinə qayıtdılar.

Əz-Zəhra Qızlar Liseyi 1971-ci ildə Dəməşqiyə qəbiristanlığının yerində bir qız məktəbinin tikintisinə başlanılmış və nəhayət, 1977-ci ildə istifadəyə verilmişdir. Bu məktəb hazırda "Əz-Zəhra nümunəvi dövlət liseyi" adı ilə fəaliyyətini davam etdirir. Əz-Zəhra liseyi Dəməşqiyə küçəsində, Əmir Çoban məhəlləsində yerləşir.

Qeydlər

Həmçinin bax Xiyavan Bağmeşə məhəlləsi İstinadlar

Mənbə

Kateqoriya:Təbriz məhəllələri Kateqoriya:Təbriz tarixi Kateqoriya:XIV əsrdə yarananlar