Beritan Günəş Altın () — psixoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Beritan Günəş Altın 1995-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. Yıldırım Beyazıt Universiteti Psixologiya Bölməsindən məzun olub.

Müharibə travması, gender, immiqrasiya və uşaqların müdafiəsi üzrə məqalələri “Jineoloji” ve “Psychology Kurdi” nəşrlərində dərc olunub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə bilir. Evli və 1 uşaq anasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Kürd dilində yazan yazıçılar Kateqoriya:XXI əsr qadın yazıçıları