– Yaponiya kukla sənətçisi.

Həyatı Komao Hayaşi 1936-cı ildə Yaponiyanın Kioto prefekturasının Kamiqyo rayonunda doğulmuşdur. 1955-ci ildə Kioto Suzaku liseyindən məzun olduqdan sonra XIII Kamiqyo kukla ustası Menşonun şagirdi olmuşdur. 1995-ci ildə Kioto prefekturası tərəfindən qeyri-maddi mədəni mülk elan olunmuşdur.

Pavlovniya tozuna yapışqan əlavə edib yoğuraraq və quruduqdan sonra rəngləyərək hazırladığı Toso kuklalarına görə tanınmış, bu səbəbdən də 2002-ci ildə yaşayan milli xəzinə adına layiq görülmüşdür. 15 may 2024-cü ildə 87 yaşında ölmüşdür.

Mükafatları 1960-cı illərdən etibarən Yaponiya Ənənəvi Sənət İşləri Sərgisinin mükafatları daxil olmaqla bir çox mükafata layiq görülmüşdür. 1973-cü ildə keçirilmiş sərgidə Yaponiya Sənət İşləri Assosiasiyasının Prezident mükafatını qazanmışdır. 2001-ci ildə Kioto Mədəniyyət Mükafatının Nailiyyət kateqoriyasının qalibi olmuşdur. 2004-cü ildə "Bənövşəyi lent" medalı, 2009-cu ildə "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər Kotobank-da

Kateqoriya:Kiotoda doğulanlar Kateqoriya:Yaponiyanın yaşayan milli xəzinələri Kateqoriya:Kukla ustaları Kateqoriya:Yapon kuklaları